Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov
    25.05.2026 12:40:40

    Almaniyanın Frankfurt şəhərində karate üzrə 61-ci Avropa çempionatı başa çatıb.

    Turnirdən sonra Azərbaycan milli komandasının baş məşqçisi Şahin Atamov ProSport.Az-ın Fdankfurta ezam olunmuş əməkdaşına müsahibə verib.

    – Sizin üçün məşqçilik dövründə bunu ən uğurlu turnir adlandırmaq olar?
    – Avropa və dünya çempionatlarını nəzərdə tutursunuzsa, bəli. Bu turnir bizim üçün yaxşı nəticələndi. Baxmayaraq ki, gözləntimiz daha yüksək idi. Düşünürəm ki, komandaya cəlb etdiyimiz gənc idmançılar çox perspektivlidir. Şükür Allaha, heç biri özünü pis tərəfdən göstərmədi. Hamısı bacardığı qədər mübarizə apardı. Şükür ki, qızıl medalımız oldu – 55 kq çəki dərəcəsində Mədinə Sadıqova Avropa çempionu oldu.

    50 ölkə arasında 6-cı yeri tutduq. Turnir cədvəlinə baxsanız görərsiniz ki, nə Fransanın, nə İspaniyanın, nə də digər böyük ölkələrin qızıl medalı var. Fərdi nəticələrdə onlar bizdən geridə qaldı. Statistik baxımdan böyük ölkələrdən irəlidə olmaq şəxsən mənim üçün sevindirici haldır.

    Həmçinin qadın millimiz 3-cü kimi Dünya Kubokuna vəsiqə qazandı. Bu da asan məsələ deyil. Böyük uğurdur. Çalışacağıq ki, Dünya Kubokunda əvvəlki nəticəmizdən daha yaxşı nəticə göstərək. Ümid edirəm ki, gələn Avropa çempionatında komandaya qoşulacaq gənc idmançılar da finala yüksələrək medallar qazanacaq və üzümüzü ağ edəcəklər.

    – Gülay Orucova yarımfinala kimi irəliləyən 2-ci idmançımız oldu. Bu çempionatın ən sensasiyalı nəticəsini Gülayın çıxışı hesab etmək olar?
    – Belə deyim, gənclərdən yüksək nəticə gözləmək daha böyük ehtimaldır. Gənclərlə böyüklər arasında çox böyük fərq var. Gənclər arasında Avropa və dünya çempionatlarında medal qazanmış bəzi idmançılarımız ilk döyüşdə məğlub oldu. Demək istəyirəm ki, gənclərdə və böyüklərdə nəticələr tam fərqli olur. Əlbəttə, böyüklərdə daha çətindir.

    Mən düşünürəm ki, demək olar ki, bütün idmançılarımız yarımfinala və finala qədər irəlilədilər. Təkcə Rəşid Süleymanov ilk döyüşdə məğlub oldu. Amma buna baxmayaraq, təsəlliverici görüşlərdə ardıcıl 3 döyüş keçirdi. İlk döyüşdə uduzmasaydı, medal uğrunda mübarizə aparacağına inanırdım. Çünki həm gənc, həm də perspektivli idmançıdır. Sadəcə, ardıcıl döyüşlərə görə çatdıra bilmədi və bürünc medaldan son döyüşdə məhrum oldu.

    – İlk azərbaycanlı qadın qızıl medalçının baş məşqçisi kimi tarixə düşdünüz. Bu nəticəni gözləyirdinizmi?
    – Mən çoxdan Mədinəyə demişdim ki, sən elə bir idmançısan ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur. Son dövrlərdə özünü Premyer Liqalarda yaxşı göstərdi. III MDB Oyunlarında qızıl medal qazandı. Ondan sonra özünəinamı daha da artdı. Mən də ona motivasiya verirdim ki, sən çempion olmalısan.

    Mən ondan dünya çempionatında da nəticə gözləyirdim. Çox heyif ki, yalnız 1/4 finala qədər irəlilədi. Amma onun 1/4 finala yüksəlməsi də bizim üçün böyük nəticədir. Bu son deyil. Gələcəkdə Mədinədə çoxlu qızıl medallar görəcəksiniz. Təkcə Mədinə yox, digər qızlarımız da bacaracaq. Mədinənin qızıl medalı onlar üçün də stimul oldu. Özünəinam qazandılar.

    – İrinanı biz həmişə dünya və Avropa çempionatlarında qızıl medal qazanarkən görmüşük. Analıq məzuniyyətindən dünya və Avropa çempionatlarında qızıl medal qazana bilmir. Bəs sizcə, bu nə ilə bağlıdır?
    — İrina artıq öz sözünü demiş idmançıdır. Üçqat dünya çempionudur. Hələ də onun üçün hər cür şərait yaradılır. O, təlim-məşq toplanışında ayağından zədə aldı. Mənə görə, İrinadan yenə çempionluqlar görəcəyik. Yaşı da buna imkan verir.

    Bu turnirdəki döyüşləri də qənaətbəxş idi. Zədəsi olmasaydı, özünü 100% göstərə bilərdi. Ayağında problem var idi. Buna baxmayaraq, komandaya kömək etdi. Fransaya qarşı matçda ondan qələbə gözləyirdik, alınmadı. Amma ukraynalılara – öz həmyerlilərinə qarşı keçirilən görüşdə milliyə qələbə qazandırdı.

    – Adətən qadın və kişi milli komandalarının baş məşqçiləri ayrı olur. Hazırda hər iki milliyə siz rəhbərlik edirsiniz. Bu sizin üçün çətin deyil?
    – Artıq 1 ildən çoxdur ki, həm kişi, həm də qadın milli komandalarına rəhbərlik edirəm. Məncə, belə daha asandır. Tək qadınlarla işləyəndə inkişaf istədiyimiz səviyyədə olmur. Oğlanlarla birlikdə olanda inkişaf daha sürətli gedir. Nəticələrin uğurlu olması da göz qabağındadır. Birgə keçirilən təlim-məşq toplanışları daha effektiv olur. Biz də bunu birlikdə edirik. Yeri gəlmişkən, turniri əvvəldən sonadək işıqlandlran sizə və sizin vasitənizlə başda federasiya prezidenti Ülvi Quliyev olmaqla, əziyyəti çəkən hamıya təşəkkürümü bildirirəm.

    Səbuhi Musa

    Frankfurt, Almaniya

    Karate

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58
    Döyüş növləri

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    Döyüş növləri

    Sadiqov beynəlxalq məşqçilik lisenziyası aldı

    13.10.2026 21:46:04
    Döyüş növləri

    İdmançılarımız Latviya və Rusiyadan 3 medalla qayıdır

    5.10.2026 15:12:44
    Döyüş növləri

    Yalnız İrina Zaretska - Zalsburqda qızıl medal

    5.10.2026 11:20:36
    Karate

    Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb

    4.10.2026 18:12:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved