Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli
    27.05.2026 23:20:01

    "Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitlik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm ki, tam olaraq ora fokuslanım".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Kayzerslautern”də oynayan Azərbaycan millisinin futbolçusu Mahir Emreli qafqazinfo.az-a müsahibəsində deyib.

    Həmin müsahibəni təqdim edirik:

    – “Kayzerslautern”lə son durum nə yerdədir? Oyunlarda şans qazanmırdınız, daha doğrusu, baş məşqçinin sizə haqsızlıq etdiyini hətta Almaniya mətbuatı yazırdı. Nə baş verdi və son durum nədir?
    – Hələ ki 2 illik rəsmi müqaviləm var. Builki durum heç bir halda məni qane etmədi. Xüsusilə də oyun dəqiqələri. Mənim üçün çox ağır mövsüm oldu. Bunu dəfələrlə bildirmişəm. Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi. Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitlik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm ki, tam olaraq ora fokuslanım. Yaxşı oyuna, yaxşı oyun dəqiqələrinə və qola çox ehtiyacım var. İndi buna köklənmək istəyirəm. Çünki mənim bu cür zamanlarda yeganə tutunacağım futboldur. Çalışıram ki, oradan özümə motivasiya və pozitiv güc alım.

    – ⁠Hazırda təkliflər və ya danışıq apardığınız klublar varmı?
    – Menecerlərimin görüşdüyü, danışdığı, təklifləri müzakirə etdiyi klublar var. Amma mənim hazırda dediyim kimi, danışdığım rəsmi bir şey yoxdur. Çünki mən “Kayzerslautern”in futbolçusuyam və bu, etik olmaz. Amma təbii ki, hər transfer dönəmində olduğu kimi, maraq olur. Milli toplanışından sonra bu məsələləri oturub müzakirə edəcəyik.

    – ⁠Adınız sabiq klubunuz “Leqiya” və “Nürnberq”lə hallanır, nə dərəcədə doğrudur? Əslində, hər iki klubda yaxşı iz qoymusunuz və mümkündür ki, ora keçəsiniz və ya sizi yenidən istəsinlər?
    – 2 klubda da çox qəşəng zaman keçirmişəm. “Leqiya”dan ayrıldıqdan sonra da hər zaman pozitiv mesajlar alıram. Nə vaxt Polşaya getsəm, yaxşı reaksiyalar alıram. Hətta millinin heyətində Ukrayna ilə görüş üçün Polşaya getmişdim, Varşavadan Krakova 10-15 azarkeş gəlmişdi, sırf mənimlə foto çəkdirmək üçün. Bu da məni həqiqətən sevindirən məqamlardan biri idi. “Leqiya”da çox gözəl zaman keçirmişəm. Həm futbol baxımından, həm də mental baxımından. “Nürnberq”ə gəldikdə, heç bilmirdim ki, Nürnberqdə bu qədər azərbaycanlı yaşayır. Bu gün də bəzən onlar deyir ki, tanışlar, bildiyimiz insanlar oyunlara gedir, azərbaycanlılar orada olanda “Emreli" deyib, "sehirbaz” sözünü işlədirlər. Bu məni çox sevindirir. Bu cür böyük klublarda elə yadda qalmaq qürurvericidir, Azərbaycandan çıxmış futbolçu olaraq özü də. Belə şeyləri görəndə insan həvəslənir və daha artığını etmək istəyir. Amma təbii ki, rəsmi olaraq danışığım yoxdur.

    – ⁠Azərbaycandan və ya "Qarabağ"dan təklif gəlsə, necə dəyərləndirərsiniz?
    – Hazırda təklif yoxdur. Azərbaycandan, “Qarabağ”dan təklif olarsa, oturub düşünmək lazımdır. Mən hələ “Kayzerslautern”dəki durumumu bilmirəm. Ona görə oturub qərar vermək lazımdır. “Qarabağ” hər zaman mənim evimdir. Hər nəyə nail olmuşamsa, bu, “Qarabağ” və Qurban Qurbanovun mənə göstərdiyi etimad, inamın sayəsində olub. Onların üzərimdə zəhməti çox olub.

    – ⁠Milli toplanışda durum necədir? Təlim-məşq toplanışından nə gözləyirsiniz?
    – Bir neçə futbolçu fərdi məşqlər edirik. Digər futbolçular isə mayın 28-də toplanırıq. Bu istiqamətdə məşqlərə başlayacağıq. Son toplanışda olmamışam, amma düşünürəm ki, ab-hava pozitivdir. Uşaqlar qələbənin dadını alıb. O hissi, o inamı əldən vermək istəmirlər. Düşünürəm ki, bu toplanışda da hər kəs 100%-ni verəcək. Çünki bundan sonra artıq Millətlər Liqası oyunlarıdır. Bu matçlarda özümüzü maksimum göstərməliyik.

    – ⁠San-Marino və Malta matçları komandaya nə qatacaq?
    – San-Marinonu analiz etməmişəm. Çoxdandır görməmişəm. Maltanın 1-2 dəfə oyunlarını görmüşəm. Kifayət qədər yaxşı, kompakt komandadır. Hazırda inkişaf edən futbolları var. 2 oyun da bizə fərqli mənada çox şey qatacaq. Amma ən önəmli olan özümüzə köklənməyimizdir. Çünki bunlar yoldaşlıq görüşləridir. Əsas köklənəcəyimiz məqam Litva və Lixtenşteyn oyunlarıdır. Ona görə də o matçları baş məşqçimiz dəyərləndirəcək. Nələrə diqqət edəcəyik, nələr önəmlidir, bunu Ayxan Abbasov daha yaxşı bilir və düşünürəm ki, bizdən tələbləri olacaq. Biz də bu tələblər üzərindən oyunlara hazırlaşacağıq. Ümid edirəm ki, Millətlər Liqasına qədər həm qələbə olacaq, həm də müəyyən mənada sistem qura biləcəyik.

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved