Azərbaycan qadınlardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov Macarıstana qarşı keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunu öncəsi fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, mütəxəssis Sumqayıtda oynamağın onlar üçün şərəf olduğunu vurğulayaraq, tribunada azarkeş dəstəyi görəcəklərinə ümid etdiyini bildirib. O, komandanın turnir cədvəlində ikinci pillədə qərarlaşdığını və rəqibdən cəmi bir xal geri qaldığını xatırladıb:
"Oyunun əhəmiyyətini yaxşı anlayırıq. Matça maksimum səviyyədə hazırlaşmışıq. Bizim üçün qələbə çox vacibdir. Bu qarşılaşmaya fərqli planla çıxacağıq. Rəqibin hansı mövqelərdə boşluqlar verdiyini bilirik".
Baş məşqçi komandada psixoloji problemlərin olmadığını da qeyd edib:
"Hər oyunda olduğu kimi, bu görüşdə də təkcə Sevincdən deyil, hücum xəttində çıxış edən bütün futbolçularımızdan qol gözləyirik".

