Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən komandada koordinatorun oğlu yox, qapıçıyam" – Aftandil Hacıyevin oğlu
    14.02.2024 20:00:00

    "Qarabağ"ın 15 yaşadək komandasında daha bir istedad yetişir. Bu, qapıçı Bilal Hacıyevdir. Atası "Qarabağ" Akademiyasında koordinator işləyən Aftandil Hacıyevdir. Ancaq hələ atası "Qarabağ"a gəlməzdən öncə də öz çıxışı ilə həmyaşıdlarının rəğbətini qazana bilib. Daha doğrusu, o, komandanın ən yaşca kiçik – 13 yaşı olan 3 futbolçusundan biridir. Belarusda keçirilmiş "Naşe Buduşşee" ("Bizim gələcəyimiz") adlı turnirdə qapısından top buraxmayan və 1 penalti dəf edən yeganə qapıçı ünvanına sahib çıxması da onun perspektiv vəd edən futbolçu olmasına bir siqnaldır.

    Turnirdən əvvəl ata Hacıyevdən müsahibə götürmüşdük. İndi növbə oğul Hacıyevindir. Prosport.Az olaraq həmin müsahibəni təqdim edirik. 

    – "Qarabağ"da nə vaxtdan çıxış edirsiniz?
    – 2016-cı ildən – 6 yaşımdan "Qarabağ"dayam. Klubun U-8 komandasından bu yana çıxış etməyə başlamışam.

    – Futbola gəlişiniz necə olub?
    – Futboldan əvvəl 5 yaşımda gimnastikada olmuşam. Orada qapıçılığa lazım olan xüsusiyyətlər var. 3-4 ay gimnastika ilə məşğul oldum. O vaxt böyük qardaşlarım əvvəl atletikada qaçışla, daha sonra futbolla məşğul olurdu. Onlara baxıb futbola maraq yarandı. İndi ən böyük qardaşım fiziki hazırlıq üzrə məşqçi işləmək istəyir. Ortancıl qardaş isə IT sahəsi üzrə məşğuldur.

    – Komandada Belarusdakı turnir öncəsi baş məşqçi dəyişikliyi oldu, Rakif Əliyevi Vüqar Əsgərli əvəzlədi. Bu dəyişiklik komandaya nə dərəcədə təsir etdi?
    – Rakif müəllimi biz çox istəyirdik, yaxşı məşqçi idi. Bu komanda U-13 olan vaxt Azərbaycan çempionatında yaxşı yer tutmamışdı, ilk "8-liy"ə düşməmişdilər. Onda mən U-12-də çıxış edirdim. Onun gəlişindən sonra komandada inkişaf nəzərə çarpmağa başladı. Ötən mövsüm U-14 kimi Azərbaycan çempionu olduq, bu il də U-15 olaraq 1-ci yerdə gedirdik. Cinah yarımmüdafiəçilərimizdən olan Polad Hüseynovu İmişlidən o tapıb gətirib. Uşaqlar yeni baş məşqçi Vüqar müəllimi də sevir. Baxmayaraq ki, onun komandaya gəlişi heç 1 ay olmayıb, artıq ona öyrəşmişik.

    – Atanız müdafiəçi olsa da, siz sahə oyunçusu olmağı yox, qapıçı olmağı seçdiniz. Qapıçılıqda sizi özünə cəlb edən nə oldu?
    – Uşaqlıqdan aktiv olmuşam, tullanmağı sevmişəm. Əslində ilk vaxtlar sahə oyunçusu kimi məşqlərdə iştirak etmişəm. Sadəcə, qapıçı məşqçisi Muarem Zekir dedi ki, məndən yaxşı qolkiper çıxar. Ondan sonra qapıçı oldum.

    – Belarusdakı turnirdəki ilk oyunda Rusiyanın "Zvezda" komandasına 2:0 qalib gəldiniz. Bu komandanı bizdə oynayan hansı komanda ilə müqayisə edə bilərsiniz?
    – "Zirə" ilə eyni gücdə olan, bəlkə də onlardan bir az üstün olan komanda idi ("Zirə" hazırda AFFA U-15 Liqasında 6-cı yerdədir – red.). Döyüşkən komanda idilər, ilk 10 dəqiqədə bizdən üstün görünürdülər. 1-ci qoldan sonra biz özümüzə gəldik, penalti də çıxardım.

    – Rəqibin penalti zərbəsini dəf etdiyi epizodda əvvəldən hansı istiqamətə vuracağını təxmin etdiniz, yoxsa orada bəxt də rol oynadı?
    – Taktika söhbəti var. Ondan bir gün əvvəl Belarusda keçirdiyimiz məşqdə qapıçı məşqçimiz Hüseyn Seyidovla bunun üzərində işləmişdik. Rəqibi hərəkətimizlə çaşdırırıq.

    – Turnirin səviyyəsi haqda nə deyə bilərsiniz?
    – Bu turnir sentyabrda çempion olduğumuz Kocaelidəki yarışdan daha səviyyəli idi. Məsələn, ilk oyunda qalib gəldiyimiz "Zvezda" da Türkiyədəki yarışda iştirak etsəydi, çempion olardı.

    – BATE ilə oyunda buraxdığınız qol zamanı meydanda olmadığınızı nəzərə alsaq, turnirdə qapınızdan top keçirmədiniz. Ən yaxşı qapıçı mükafatının sizə veriləcəyini gözləyirdiniz?
    – Turnirdə qol buraxmayan yeganə qapıçı olsam da, bu mükafatı almağıma şans yox idi. Çünki biz 1/4 finalda uduzduq. Nəticədə 2-ci yeri tutan komandanın qapıçısına (Rusiyanın "İdman Məktəbi-7 İmpuls" komandasının qolkiperi Arseni Spirkovu nəzərdə tutur – red.) bu mükafat verildi. Çempion olan Minsk "Dinamo"sunun qapıçısına da bu mükafat verilə bilərdi.

    – 1/4 finalda Belarus Dövlət Universitetinin Respublika Olimpiya Ehtiyatları Mərkəzi komandasına penaltilərdə uduzarkən göz yaşlarınızı saxlaya bilmədiniz...
    – Göz yaşlarım təbii hal idi. Özümə əsəbləşirdim ki, penalti zərbələrini dəf edə bilərdim. Qərar verirdim ki, filan tərəfə tullanacağam, sonradan qərarımı dəyişirdim. Buna hirslənirdim. Həm də ilk zərbədə topu qaytarsam da, irəli çıxdığım deyilib, bunu saymadılar. Rus dili təhsilim olduğundan, yan xətt hakiminə bu iradı bildirirdim. Oyun ərzində də bizə çox haqsızlıq edildi. Uşaq futbolunda belə haqsızlıq olmaz. Rəqib tərəfə 3-4 cərimə zərbəmiz verilmədi. Bizdə cərimə zərbəsini yerinə yetirə bilən oyunçular var. Verilsəydi, həmin oyunda qol da vura bilərdik.

    – Atanızın "Qarabağ" Akademiyasının koordinatoru olması sizə necə təsir edir? Hər hansısa üstünlüyü varmı, yoxsa əlavə təzyiq formalaşdırır?
    – Məncə, atamın koordinator olması məsuliyyətimi daha da artırır. O da komandada olarkən məni başqa uşaqlardan fərqləndirmir. Özüm də o biri uşaqlardan fərqləndirilməyimi istəmirəm. Çünki mən komandada koordinatorun oğlu yox, qapıçıyam, digərləri ilə eyni statusdayam. Mən də ona ata kimi yox, rəhbər şəxs, koordinator kimi baxıram. 

    Səbuhi Musa

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved