Malta milli komandasının futbolçusu Kian Şikluna Azərbaycan yığması ilə keçiriləcək matçdan öncə oyun barədə fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, milli komandada ilk dəfə əsas heyətdə yer alan gənc müdafiəçi bütün diqqətlərini Azərbaycan yığması ilə matça köklədiklərini bildirib:
"Onlar reytinqdə bizdən öndədirlər və bu, şübhəsiz ki, növbəti çətin sınaq olacaq. Biz matça hazırıq və ümid edirəm ki, məşqlərdə gördüyümüz işləri oyunda da nümayiş etdirə biləcəyik".
Qeyd edək ki, Malta - Azərbaycan qarşılaşması iyunun 5-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

