Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Everestə çıxmaq mənə 60 min dollara başa gəldi" – Tarixə düşən ilk azərbaycanlı qadın
    10.08.2025 10:00:00

    Elmira Aslanova. O, 40 yaşında Himalay dağ silsiləsinin ən yüksək hündürlüyə malik dağı sayılan, dəniz səviyyəsindən 8848 metr hündürlükdə olan Everesti (tibetlilər bunu Comolunqma adlandırır) fəth edən ilk azərbaycanlı qadın ünvanına sahibdir. O, 2023-cü ilin mayın 19-da bu nailiyyətə imza atdı. İndiyədək təxminən 8 min adamın qalxdığı bu zirvədə 2-ci azərbaycanlı qadın isə bu il Vəfa Musayeva oldu. Məhz bundan sonra bu məsələ gündəmə gəldi: ora çıxan ilk azərbaycanlı kimdir?

    Prosport.Az Elmira Aslanovadan geniş müsahibə götürüb. Müsahibədə Everestə çıxmaq üçün lazımi xərclər kimi məsələlərə də aydınlıq gətirilib. 

    – Alpinizm həvəsi sizdə necə yaranıb? Yüksəklik qorxunuz heçmi olmayıb?
    – Yox, mən dağlarda özümü həmişə yaxşı hiss edirəm. 2016-cı ildə Tibetə ekskursiyaya getmişdim. Turun içində dağlarda gəzinti də vardı, çox xoşuma gəlmişdi. Ondan da qabaq Nepalda olmuşdum. Nepalda 5416 metr hündürlüyü olan Toronq La dağ keçidindən keçmişdim. Daha sonra Türkiyədə Ağrı dağa qalxdım. Dağlarla bağlı filmlərə baxırdım. "Everest" filminə baxanda mənə maraqlı gəldi ki, insanlar ora niyə gedir?! Daha sonra rusiyalı alpinist Aleksandr Abramov haqqında çəkilmiş "Hündürlük geni" adlı sənədli filmə baxdım. O filmədək elə bilirdim ki, Everestə peşəkar alpinistlər gedir. Sonra gördüm ki, adi insanlar da ora qalxa bilər.

    – Yəni, siz heç vaxt peşəkar şəkildə alpinizmlə məşğul olmamısınız, düz başa düşdüm?
    – Yox. Mən turizm sahəsi ilə məşğulam, turagentliyim var.

    – 2023-cü ildə Himalayın ən yüksək zirvəsi olan Everestə qalxdınız. 2 il əvvəl olan bu prosesi danışardınız...
    – Ora Çinin Tibet bölgəsindən də, Nepaldan da çıxmaq olur. Ancaq həmin vaxt koronavirusa görə Çin tərəfi bağlı idi deyə, Nepaldan çıxdıq.

    – Müəyyən mərhələdən sonra geri qayıtmaq barədə düşündünüz?
    – Əslində Everestə qalxmaq həvəsi dəhşət çox idi. Ora qalxmağa pul axtarırdım. Bu fikir mənim səhhətimə, immunitetimə bir az təsir etdi. Əsas düşərgəyə çatanda xəstələndim, qızdırmam oldu, qulağım ağrıdı. Xəstələnəndə zirvəyə çıxmaq çətindir. Həkimimə də yazmışdım, deyirdi ki, mütləq aşağı düşməlisən, qalxmaq sənin üçün təhlükəlidir. Bax, həmin ana görə geri qayıtmaq barədə düşünmüşəm. 45 günlük zirvəyə qalxmaq üçün verdiyin pula heyfin gəlirdi. Ancaq sonra da fikrimdən daşınırdım ki, yox, mən ora qalxmaq istəyirəm. Mənimlə çadırda bir qız qalırdı. O məndən də fiziki cəhətdən güclü olsa da, deyirdi ki, yorilmuşam, evə qayıdıb çarpayımda yatmaq istəyirəm. O, 8400 metrədək qalxdı, sonra geri döndü... Orada ən çətin yerlər buzlaqların yanından keçərkəndir. Hər an başına buz parçası düşə bilər. 2 nəfər ölünü düşürəndə yaxından gördüm, bu da adama psixoloji təsir edir.

    – Zirvəyə qalxanadək neçə kampdan – düşərgədən keçirsiniz?
    – 5300, 6500, 7000 və 8000 metrlərdə kamplar olur. Helikopterlər 6500 metrədək gələ bilir. Ona görə də kimsə 7000 və ya 8000 metrdə pis hiss edəndə, ya özü düşməlidir, ya da kimsə kömək etməlidir. Ana kampda qalanda bir neçə gün qalıb, təlimatlar alırıq. Amma yaxşı olar ki, Everestədək bir neçə dəfə başqa dağlara çıxıb, təcrübə toplayasan. Onsuz da Everestə ildə 1 dəfə – yalnız aprel-mayda çıxmağa icazə verilir. Turun 45 gün çəkməsinin səbəbi də bəzən havanın bir neçə gün pis olması, nəticədə insanların kampda gözləməsi ilə bağlıdır. Havadan çox şey asılıdır.

    – Ora çıxmaq üçün neçə oksigen balonu lazım olur? 
    – Zirvəyə çıxıb-düşmək üçün 6 oksigen balonu lazımdır. Birini özün götürürsən, qalanlarını şerpa (Nepalda bu xidməti görən yerli əhali) aparır. Ancaq pulun varsa, özünü ölümdən qorumaq istəyirsənsə, 12 balon götür. Onda 2 şerpa səninlə olacaq. Bəzən ona görə deyirlər ki, tək sən zirvəyə qalxmısan, yanındakılar kimlərdir (gülür).

    – Şerpanın da özünün vəziyyətinin pisləşdiyi an olur?
    – Əlbəttə. Onlar da adi insanlardır, sadəcə, bu duruma öyrəşiblər. İldə bir dəfə olan bu ekspedisiyaya görə pul qazanıb, ailələrini dolandırırlar. Neçə dəfə görmüşəm ki, şerpalar özünü pis hiss edir. Hərdən onlar da ölür. Mən öz şerpamdan soruşmuşdum ki, gördüyün iş xoşuna gəlir? Demişdi ki, açığı, yox, ancaq pula görə bunu edir.

    – Bu sirri də bizim üçün açın. O zirvəyə çıxmaq üçün nə qədər pul xərclədiniz?
    – Turun özü 60 min dollardır. Əlavə 6 balon da götürmək istəyirsənsə, 15 min dollar da ödəməlisən. Bilet, paltar da bahadır. Xüsusi ayaqqabı hardasa 1000 dollar, geyim 800 dollardır. Bunların hamısını almalısan. Ancaq geyimi icarəyə də götürmək olur. Sadəcə, mən Şimali Amerikada Denali zirvəsinə (Alyaskada yerləşən MakKinli dağının 6190 metr hündürlüyü olan ən yüksək zirvəsidir) qalxmaq istəyirəm deyə, aldım. Yeri gəlmişkən, orada köməkçin olur. 20 gün ərzində özünlə yemək-içmək götürməlisən. Bu da əlavə yük deməkdir. Ona görə də bəzi adamlar deyir ki, Denaliyə qalxmaq Everestdən də çətindir.

    – Sponsorunuz kim idi?
    – Qardaşlarım. Denaliyə ailəmin şəkilləri olan bayraq düzəldib qalxmaq istəyirəm.

    – Siz əvvəl Tanzaniyadakı Kilimancaro dağının Uhuru zirvəsində (5895 metr) olmusunuz. Ora qalxmaq üçün nə qədər maliyyə tələb olunur?
    – 3 min dollar. Ağrı dağa isə 600 dollar pulun çıxır. Bunlara öz qazancım vasitəsilə gedib, gəlmişəm.

    – Bu il Vəfa Musayeva sizdən sonra ora çıxan azərbaycanlı qadın oldu. Onun zirvədən çəkdirdiyi şəkil çoxlarında oranın necə təhlükəli olduğunu göstərir...
    – Mən əvvəl elə bilirdim ki, zirvədə hava çox soyuq olur. Ancaq əksinə, orada günəş şüası daha çoxdur. Ona görə də gündən qorunmaq üçün özümlə çoxlu kosmetik vasitə götürmüşdüm. Bu səbəbdən mənim üzümdə bu cür qızartı olmadı.

    – Aprelin 25-dək sizdə tək Ukrayna vətəndaşlığı vardı. Bizim ölkənin vətəndaşlığını bu il almağınız tarixə ilk Azərbaycan vətəndaşı olan qadın kimi düşmək istəyindən irəli gəlir?
    – Mən Gənclər və İdman Nazirliyində olanda, demişdim ki, Denaliyə çıxmaq üçün daşıdığım bayraqla pasportumun eyni olmasını istəyirəm. Onlar da bu məsələdə mənə kömək etdilər. Everestə gedəndə də, ilk azərbaycanlı qadın kimi tarixə düşmək istəyirdim.

    – Bu il sizdən sonra Everestə çıxan Vəfa Musayeva ilə əvvəldən tanışlığınız vardı?
    – Bəli. Bilirdim ki, o da gedir. Məndən məsləhət almışdı. Hətta məndən xahiş etdi ki, geyimimi verim. Mənim getdiyim ukraynalı bələdçi Valentin Sıpaninlə o da yola düşdü.

    – Siz ora qalxanda Azərbaycan vətəndaşlığınız olmadığı üçün onun Everestə qalxan ilk azərbaycanlı qadın kimi təqdim edilməsi sizə pis təsir edir?
    – Əvvəldən ilk azərbaycanlı qadının mən olduğu deyilməsəydi, pis təsir etməzdi (gülür). Vəfa özü də mənə sonra dedi ki, istənilən halda, ora sən ilk olaraq çıxmısan. İndi Denaliyə qalxmaq üçün özümə sponsor axtarıram. Əvvəl bir klinika ilə əməkdaşlıq edirdim. Vəfa məsələsindən sonra mənlə əməkdaşlığı dayandırdılar.

    – Bəs Ukrayna vətəndaşı kimi ora çıxan neçənci qadın olduğunuzu bilirsiniz?
    – Ya 8, ya da 9-cu olmalıyam. Dəqiq "Himalayan Database" saytından baxmaq olar. Hazırda mənim qarşımda Azərbaycan və Ukrayna vətəndaşı olduğum qeyd edilib.

    – Sizin haqqınızda "Arzunun ardınca" adlı sənədli film çəkildi. Bu film harada nümayiş etdiriləcək?
    – Oktyabrda İtaliyanın Milan şəhərində festivalda yer alacaq. Filmin rejissoru və ssenari müəllifi Arzu Urşandır.

    Səbuhi Musa

         

    Digər idman növləri

    Şahmat yığmalarımızın Olimpiada üçün heyəti - ADLAR

    10.07.2026 18:23:38
    Digər idman növləri

    Yığmamız Parisdən 2 medalla qayıdır - FOTOLAR

    9.07.2026 17:16:06
    Stolüstü oyunlar

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    9.07.2026 12:29:04
    Digər idman növləri

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Digər idman növləri

    Millimizin üzvləri 4 rekordu yenilədi

    8.07.2026 20:34:03
    Digər idman növləri

    Pirallahıda "Yağlı dirək" yarışı keçirilib – FOTOLAR + VİDEO

    6.07.2026 19:58:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"dan ayrılan futbolçu Murad Məmmədovla komanda yoldaşı oldu

    11.07.2026 12:29:02

    Amil Həmzəyev "Neftçi"dən ayrıldı: "Hər şey üçün təşəkkürlər, əlvida"

    11.07.2026 11:53:36

    Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı növbəti iclas - FOTOLAR

    11.07.2026 11:35:14

    Millimizin üzvü dünya reytinqinin zirvəsində - FOTO

    11.07.2026 11:16:19

    Boksçularımız Çempionlar Gecəsini məğlubiyyətsiz başa vurdu - FOTOLAR

    11.07.2026 10:48:54

    "Kəpəz" I Liqanın bombardiri olan legioneri transfer etdi – ÖZƏL

    11.07.2026 10:40:54

    "Sumqayıt"dan ayrılıb, sabiq "Kəpəz"linin yanına getdi – VİDEO

    11.07.2026 10:08:54

    Ruzanna Məmmədova tarixə düşdü: Üçqat Avropa çempionu oldu

    11.07.2026 09:29:51

    İspaniya millisi yenə son dəqiqələrdə vurduğu qələbə ilə mərhələ adladı – VİDEO

    11.07.2026 01:22:12

    "Neftçi SOCAR" İspaniyada finalın bir addımlığında büdrədi – YENİLƏNİB

    11.07.2026 00:01:00

    "Nəticə bir nömrəli vəzifə deyil, amma qələbə qazanmaq xoşdur" - Yuri Vernidub

    10.07.2026 23:16:39

    Sərbəst güləşçimiz Avropa çempionatının finalında

    10.07.2026 22:41:17

    "Araz-Naxçıvan" yeni mövsümün hazırlıqlarına başladı - FOTOLAR

    10.07.2026 22:09:07

    "Qarabağ" bosniyalı müdafiəçi üçün "Partizan"la anlaşdı

    10.07.2026 21:46:55

    "Neftçi" Sloveniyada ilk qələbəsini 3 qolla qazandı

    10.07.2026 21:19:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved