Moldova millisinin və Madrid “Atletiko”sunun keçmiş qapıçısı Horasiu Moldovan “Qarabağ”a təklif olunub.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, meneceri Ağdam klubu ilə danışaraq futbolçunun Azərbaycanda çıxış edə biləcəyini deyib. Lakin “Qarabağ” tərəfi bu təklifdən imtina edib. Buna səbəb isə heyətdə 2 qapıçının – Fabian Buntiç və Mateuş Koxalskinin olmasıdır.
Qeyd edək ki, Horasiu Moldovan 2024-cü ildə Madrid “Atletiko”suna transfer olunub. Lakin o əvvəlcə, “Sassuolo”ya, daha sonra isə “Ovyedo”ya icarəyə verilib.

