Türkiyə milli komandası 2026-cı il dünya çempionatının final mərhələsində D qrupunda mübarizə aparacaq.
Prosport.Az xəbər verir ki, qrup mərhələsində Türkiyə yığmasının rəqibləri ABŞ, Paraqvay və Avstraliya milli komandaları olacaq.
“Ay-ulduzlular” qrup oyunlarını Kanada və ABŞ-da yerləşən müxtəlif stadionlarda keçirəcəklər.
Türkiyə millisinin DÇ-2026 üzrə oyun cədvəli (Bakı vaxtı ilə):
14 iyun | 08:00 – Avstraliya – Türkiyə
20 iyun | 07:00 – Türkiyə – Paraqvay
26 iyun | 06:00 – Türkiyə – ABŞ
Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.

