Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub.
Prosport.Az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı məğlub edib. "Tipos Arena"dakı qarşılaşma 5:1 hesabı ilə bitib.
Komanda finalda Serbiya - Azərbaycan oyununun qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, final matçı iyunun 4-də keçiriləcək.

