Premyer Liqanı 5-ci pillədə başa vuran "Zirə" daha 2 futbolçu ilə bağlı qərar verib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, bunlar qapıçı Aydın Bayramovla müdafiəçi Elçin Əlicanovdur.
Hər iki futbolçu karyerasını “Zirə”də davam etdirəcək. Yaxın günlərdə onlarla 1 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, "Zirə" mövsümün sonunda Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə ilə yollarını ayırıb.

