Azər Bağırovla yollarını ayıran "Kəpəz"in yeni baş məşqçisi məlum olub.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisini Elmar Baxşıyev çalışdıracaq.
Artıq 45 yaşlı mütəxəssislə razılıq əldə olunub. Klub qarşıdakı günlərdə təyinatı açıqlayacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin son iş yeri 2025-ci ilin yayında ayrıldığı "Araz-Naxçıvan" olub.

