Mövsüm başa çatan kimi "Neftçi" ilə yollarını ayıran Kristian Kostin yeni komanda axtarışına çıxıb.
Prosport.Az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi legioner karyerasını davam etdirmək niyyətindədir. Bu səbəbdən o, vətəninə qayıdışı yalnız son variant kimi nəzərdən keçirir.
Kostin cəmi bir mövsüm "Neftçi"nin formasını geyinsə də, Bakıda yaradılan şəraitdən razı qalıb. Bu amil futbolçunun Azərbaycanda qalmaq ehtimalını da artırır.
Məlumata əsasən, oyunçunun meneceri onu Misli Premyer Liqasında çıxış edən bir sıra klublara təklif edib. Hazırda azad agent statusu daşıyan müdafiəçinin transferi ilə bağlı əsas maneə isə onun yüksək maaş tələbi hesab olunur.
Kristian Kostin ötən mövsüm "Neftçi"nin heyətində müxtəlif turnirlərdə meydana çıxsa da, klub rəhbərliyi mövsümün sonunda onunla əməkdaşlığı davam etdirməmək qərarı verib.

