Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Döyüş növləri
    Polşadakı uğursuzluğun izi ilə... – Karate iflasa gedir
    10.02.2025 14:47:14

    Dünən bir xəbər yayıldı. Azərbaycanın karateçiləri (söhbət WKF, yəni idman karatesindən gedir) Polşanın Byelsko-Byava şəhərində keçirilmiş yeniyetmə, gənclər və U-21-lərin 52-ci Avropa çempionatında cəmi 3 medal qazanıb.

    Yığma isə 28 nəfərlə təmsil olunub. 28 nəfərə cəmi 3 medal? Azdır. Üstəlik, bu medalların heç biri qızıl əyarında olmayıb: 1 gümüş, 2 bürünc. U-21 kateqoriyasında ümumiyyətlə medal olmayıb.

    Karatemizdəki "inkişaf" mənzərəsi sizə daha aydın olsun deyə, müqayisəyə keçəcəyəm. Eyni turnirdə 2021-ci ildə 3 qızıl, 1 gümüş, 3 bürünc, 2022-də 3 qızıl, 2 gümüş, 2023-də 3 qızıl, 1 gümüş, 2 bürünc və ötən il isə 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanılmışdı.

    Elə bu ilin yanvarında böyüklər arasında Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Seriya A turnirində və Fransanın paytaxtı Parisdə baş tutmuş Premyer Liqa yarışındakı nəticələr də karatemizin öldüyünü gün işıqlığı ilə üzə çıxarır: 0 medal! Gördüyünüz kimi, karate Azərbaycanda üzü aşağı doğru sürətlə yuvarlanır... 

    Belə anlaşılır ki, Azərbaycan yalnız ukraynalı legioner İrina Zaretskayanın ümidinə qalıb. O olmayanda böyüklərin heç bir yarışında nəinki qızıl, heç medal qazana bilmirik. 14-16 fevralda Kiprin Larnaka şəhərində keçiriləcək Seriya A turnirinə yollanacaq 5 idmançıdan isə yalnız Asiman Qurbanlıdan medal gözlənilir.

    Uğursuzluğu çox səbəblərlə əlaqələndirmək olar. Federasiya daxilindəki umu-küsülük məsələsinə girmək istəmirəm. Əsl səbəb isə ondan ibarətdir ki, idman karatesi ilə məşğul olanlar əvvəlki tək beynəlxalq yarışlara göndərilmir, nəticədə praktika azlığından əziyyət çəkən idmançılarımız böyük turnirlərdə özlərini göstərə bilmir. Üstəlik, təlim-məşq toplanışları da maliyyə ucbatından təşkil olunmur. Və ən nəhayət bu federasiyanın ən böyük problemi daxildəki hərc-mərclikdir!

    Yeri gəlmişkən, ötən ay FHN Arenada Azərbaycan Karate Federasiyasının (AKF) hesabat xarakterli iclası keçirildi. İdmanı, xüsusən karateni sevən bir şəxs kimi mən də orada iştirak edirdim. Ancaq o iclasda ilk çıxış edən Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədovdan başlayaraq, federasiyanın prezidenti, millət vəkili Ülvi Quliyevə kimi uğursuzluğun səbəbləri barədə danışan olmadı. Ülvi Quliyev və federasiyanın vitse-prezidentlərindən olan Füzuli Musayev daha çox Rafael Ağayevin məlum açıqlamalarından danışdı. Tədbirin böyük hissəsi isə çıxışlara və mükafatlandırılmaya həsr olunmuşdu.

    Füzuli Musayevdən sitat: "Bəzi idmançılar açıqlamalarında səhvə yol verib. Gözləmirdim ki, Rafael Ağayev bu addımı atacaq. 1992-ci ildə biz onda maddiyyat barədə düşünmürdük".

    Stop! 1992-ci ildə maddiyyat heç kimin yadına düşmürdü. Müstəqil Azərbaycanın başı müharibəyə qarışmışdı. Həmin Füzuli Musayev işlədiyi FHN-də 1 il maaş almasa, rəhbəri olduğu Kəmaləddin Heydərova qarşı necə münasibət bəsləyər? Yəqin, nə demək istədiyimi izah edə bildim...

    O ki qaldı, Rafael Ağayevə. Bəli, adam millimizin sabiq baş məşqçisi Qurban Tağıyevlə birgə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) vitse-prezidenti təyin olunub. Onların təyinatı zamanı federasiyanın o vaxtkı mətbuat katibi tərəfindən keçən ilin təxminən bu vaxtları belə bir məlumat yayıldı: "Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub". Bildiyim qədəri ilə Yaşar Bəşirovun rəhbəri olduğu AMKF hələ ləğv olunmayıb və AKF daxilində fəaliyyət göstərir. O zaman bu açıqlama niyə natamam idi? AMKF adı çəkmək çoxmu çətin idi? Ya Rafael Ağayevin vitse-prezident təyin olunması xəbəri sizin PR imicinə yaxşı təsir edirdi?   

    Əgər o zaman sizə xoş gəlirdisə, Rafael Ağayevin açıqlamalarını da normal qarşılamalı, "o bizim federasiyanın vitse-prezidenti deyil" açıqlaması verilməməli idi. Ülvi Quliyev konfransda "bir ailə olmaqdan" danışdı. Bəs hanı o mehriban ailə? Niyə Azərbaycanın adını ucaldan Rafael Ağayevə AKF-in özündə vitse-prezident vəzifəsi verilmir? Niyə o və Qurban Tağıyev federasiyanın tədbirlərinə dəvət almır? Digər bir sual: niyə Rafael Ağayev qonşu Gürcüstandakı turnirə öz hesabına getməlidir?

    Niyə son tədbirdə Yaşar Bəşirov, Rafael Ağayev, Qurban Tağıyev və Azərbaycanı Tokio Olimpiadasında təmsil etmiş beynəlxalq dərəcəli hakim Cahangir Babayev yox idi? Çünki gəlmək istəməyiblər. Onların bəzilərinin könlünü almaq üçün diplom mükafatı təyin olunmuşdu. Ancaq gəlmədilər. Demək ki, insanların könlünü diplomlarla almaq mümkün deyil.

    2023-cü ilin sentyabrında eyni məkanda 6 federasiya ilə üzvlük haqda müqavilə bağlananda mən yenə orda idim. Orda Kosiki-do Karate Federasiyasının və indi "Mingəçevir" futbol klubuna sponsorluq edən ASTA-nın prezidenti Rafael Bünyatov da müqavilə imzalayanlar arasında idi. Bəs indi hanı o? Adına plaket ola-ola niyə tədbirə gəlməmişdi? Əvvəlki suala qayıdaq. Niyə gələcəyimiz sayılan yeniyetmə-gənclərdə nəticə yoxdur? Niyə böyüklərdə İrinanın ümidinə qalmışıq? Hanı o Avropa Oyunlarında, Tokio Olimpiadasındakı karate?

    Bu sualların cavabını özünüzə verin. Mütləq ki, cavabını bilirsiniz. Sadəcə, dilə gətirməkdən çəkinirsiniz...

    Yazdı: Səbuhi Musa

    Döyüş növləri

    Millimiz Monteneqroya bu heyətlə gedir - ADLAR

    3.03.2026 12:19:53
    Döyüş növləri

    Millimiz Almaniyadakı AÇ üçün Özbəkistan dəftərini bağladı – FOTOLAR

    1.03.2026 14:33:21
    Taekvondo

    Abşeronda "Demo team" açıq məşqi – FOTOLAR

    1.03.2026 13:25:21
    Boks

    Avropa çempionumuz Sofiyada finala yüksəldi

    28.02.2026 22:46:51
    Döyüş növləri

    Azərbaycanda 2 yığma birgə təlim-məşq toplanışına başladı

    26.02.2026 18:44:06
    Olimpiya Oyunları

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı hakim reytinq turnirinin ən yaxşısı seçildi

    3.03.2026 23:05:30

    Azərbaycanı Qran-pridə onlar təmsil edəcək – ADLAR

    3.03.2026 22:20:19

    "Bəlkə nəsə psixoloji problemləri var" – Saşa İliç

    3.03.2026 21:29:17

    "Qarşıda kritik dönəm var" – Rəşad Sadıqov

    3.03.2026 21:17:21

    Azərbaycan Kubokunda ilk yarımfinalçı bilindi – VİDEO

    3.03.2026 20:57:15

    Hakimlər Komitəsinin sədri Albaniyada turnirin ən yaxşı referisi seçildi – FOTO

    3.03.2026 20:20:47

    Kapitan "Qarabağ"la oyun öncəsi məşqlərə başladı

    3.03.2026 18:45:16

    "Zirə" - "Sumqayıt: HEYƏTLƏR

    3.03.2026 18:09:26

    "Bizi indi Macarıstana uzun səfər gözləyir" - Millimizin baş məşqçisi

    3.03.2026 17:48:26

    Azərbaycanlı məşqçi Serbiya klubunda

    3.03.2026 17:25:55

    Millimiz seçmə mərhələyə qələbə ilə başladı - YENİLƏNİB

    3.03.2026 16:54:06

    19 cüdoçumuz Daşkənddə beynəlxalq təlim-məşq toplanışında - FOTOLAR

    3.03.2026 16:19:36

    "Kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir" – Rixard Trautmann

    3.03.2026 15:50:38

    Millimizin sabiq futbolçusu klubunu dəyişdi

    3.03.2026 15:09:36

    "Ötən il qabırğam sındı, gözlərimdə problem yarandı" – Millimizin üzvü

    3.03.2026 14:50:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved