Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Heç vaxt atamın adından istifadə etməmişəm" – Mədinə Sadıqovadan sosial şəbəkələrdə gedən yazılara münasibət
    27.05.2026 20:03:28

    "1-cisi, Qarabağ 30 il işğal altında qalıb. Bu 30 il ərzində nə qədər şəhid verdiyimizi hamımız bilirik. Mənim atam da onlardan biridir".

    Bunu Prosport.Az-a açıqlamasında karate üzrə Avropa çempionu olmaqla tarix yazmış Mədinə Sadıqova deyib.

    Almaniyanın Frankfurt şəhərində keçirilmiş karate üzrə Avropa çempionatında həm də fərdi şəkildə (55 kq) qızıl, həm də qadın komandası daxilində bürünc medalla Vətənə qayıdan Sadıqovun atası kapitan Vasif Sadıqovu "şəhid" adlandırması bəzi şəxsləri narahat edib. Sosial şəbəkələrdə onun şəhid olmadığı, qızının bundan istifadə etdiyi kimi sözlər işlədilməyə başlanılıb.

    24 yaşlı Mədinə buna aydınlıq gətirməyə çalışıb və sosial şəbəkədə bu cür ifadələr işlədənlərə müraciət edib: "Qanunvericiliyə görə, xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbçilər şəhid sayılır. Şəhidlik kimi bir mövzuda kimin “layiq” olub-olmamasına nə mən, nə də siz qərar verə bilərik.

    Mən Azərbaycan vətəndaşıyam, azərbaycanlı qızıyam. Atam I Qarabağ müharibəsində iştirak edib, “Daşaltı” əməliyyatında yaralanıb və döyüşlərə görə dövlət tərəfindən medallarla təltif olunub. Mən bu dövlətin bayrağını ucaldan bir ailənin övladıyam.

    Ona görə xahiş edirəm ki, bu mövzuda danışanda daha həssas və məsuliyyətli olun. Son olaraq demək istəyirəm ki, başa düşürəm, siz də öz işinizi görürsünüz. Amma haqqımda bilib-bilmədən yazan jurnalistlərə əsaslanıb mənə irad bildirmək düzgün deyil.

    Mənim üzərimdən sadəcə təbrik edib keçmək olardı. Şəhid övladı olduğum üçün yox, Azərbaycan qadını olaraq Avropa çempionu olduğum üçün. Əgər bunu qəbul etmirsinizsə, yenə də problem deyil — sadəcə Azərbaycanlı qadın Avropa çempionu olduğum üçün yanaşa bilərdiniz.

    Nə mən, nə bacım, nə qardaşım şəhid statusundan, atamın adından istifadə etməmişik və belə fikrimiz də yoxdur. Qızıl medalı atama həsr etmişəm və bunda qəbahət görmürəm".

    Qeyd edək ki, 1992-ci ildən ordu sıralarına qatılmış Vasif Sadıqov I Qarabağ müharibəsi iştirakçısıdır. O, 2010-cu ilin yanvarın 28-də Daşkəsəndəki N saylı hərbi hissədə 1990-cı il təvəllüdlü Elxan Əzizov və 1991-ci il təvəllüdlü Sadiq Məmmədov tərəfindən zabitlərə atəş açılarkən dünyasını dəyişib. Həmin vaxt Mədinə Sadıqovanın 8 yaşı olub. Vasif Sadıqovun nəşi doğulduğu Ağdaşın Cardam kəndində məzara qoyulub.

    Döyüş növləri

    İdmançılarımız Latviya və Rusiyadan 3 medalla qayıdır

    5.10.2026 15:12:44
    Döyüş növləri

    Yalnız İrina Zaretska - Zalsburqda qızıl medal

    5.10.2026 11:20:36
    Karate

    Karateçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb

    4.10.2026 18:12:34
    Döyüş növləri

    Dənizkənarı ərazidə karate seminarı keçirilib – FOTOLAR

    29.08.2026 15:52:07
    Döyüş növləri

    Karateçilərimiz İstanbuldan 2 medalla qayıdır - FOTOLAR

    22.08.2026 18:50:23
    Döyüş növləri

    Gəncədə “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçirilib – FOTOLAR

    19.07.2026 21:46:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Yorğun olsam da, yorğun deyiləm" - Marko Yankoviç

    6.10.2026 13:16:54

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved