Azərbaycan karateçisi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medala sahib olub.
Prosport.Az xəbər verir ki, 14-15 yaşlı idmançıların yarışında 70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 2-ci yeri tutub.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.
