Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsi çərçivəsində keçiriləcək "Göztəpə" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Türkiyənin İzmir şəhərində yerləşən "Bornova" stadionunda keçiriləcək.
