Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.
O, İspaniyada yerli "Vilyarreal" və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq.
Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Xatırladaq ki, "Vilyarreal" - PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
