Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, yəqin ki, ayın qolu olacaq" – Azər Məmmədov
    1.11.2026 20:39:59

    Azərbaycan Premyer Liqasının X turunda öz meydanında “İmişli”ni minimal hesabla məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşüb.

    – Bilirdik ki, çox yaxşı və son 2 matçda qələbə qazanan komandaya qarşı oynayırıq. Hər bir şeyə rəğmən, rəqib də yaxşı bilir ki, Gəncədə “Kəpəz”ə qarşı mübarizə aparmaq həmişə çətindir. Ancaq bu qələbədə əsas pay sahibi Gəncə azarkeşləridir. Tribunalardakı dəstəklə yanaşı, futbolçularımız da meydanda çox istəkli və əzmkar oyun sərgilədilər. Həm azarkeşlərimizə, həm də komandamıza təşəkkür edirəm. Komandamız hər tur daha da inkişaf edir. Ən sevindirici məqamlardan biri odur ki, artıq neçə oyundur qol vururuq, bu gün isə qapımızı toxunulmaz saxlaya bildik. Əgər həmin templə davam etsək, xallarımızın sayını daha da artıracağıq. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Son iki matçda, həm “Şamaxı”, həm də bu gün “İmişli” ilə görüşdə sırf “9 nömrə” olmadan oynamalı olduq. Belə çətinliyə baxmayaraq, son 2 oyunda 3 qol vurmağımız futbolçuların nə qədər böyük əmək sərf etdiyini göstərir.

    – Kennet Kalunqa hücumçudur, lakin ehtiyatdan daxil olaraq oyunu canlandırdı. Bayaq qeyd etdiniz ki, “yalançı doqquz"la oynamağa məcbur qalmısınız. Bu taktiki gediş idi, yoxsa rəqibə sürpriz?

    – Yaxşı sualdır, təşəkkür edirəm. Açığı, bu barədə özüm də düşünürdüm. Kalunqa zədəli idi və bərpa prosesindən yeni qayıtmışdı. Əgər onu əvvəldən meydana buraxıb yenidən zədələsəydik, uzun müddətə itirə bilərdik. Düşündüm ki, onun hazır olduğu müəyyən bir vaxt var və məhz həmin dəqiqələrdə komandaya kömək etməsi daha məqsədəuyğundur. Kalunqanın və Namik Ələskərovun meydana daxil olması komandamıza əlavə effekt verdi.

    – Noyabrın ilk günüdür, amma məncə, ayın qoluna namizəd artıq bəllidir. Namik Ələskərovun vurduğu möhtəşəm qol haqqında nə deyə bilərsiniz?

    – İndicə məşqçilər otağında bu qol ətrafında müzakirəmiz oldu. Biz də eynilə sizin kimi düşünürük ki, bu, yəqin ki, ayın qolu olacaq.

    – 2 fərqli hissə izlədik. Namik Ələsgərovu ikinci yarıda buraxmaq öncədən düşünülmüş taktika idi, yoxsa onun fiziki imkanları məhz 2-ci hissədə daha parlaq oyun göstərməyə imkan verir? Növbəti turda “Neftçi” ilə qarşılaşmaya hazırlıq necə gedəcək?

    – Kalunqa ilə bağlı dediyim məqam Namikə də aiddir. Hər iki futbolçumuz “Zirə” ilə oyundan sonra zədə almışdı və biz onları qorumağa çalışırdıq. Onların sağlamlığı bizim üçün hər şeydən öndədir. İstəmirdik ki, onları uzun müddətə itirək. Görünən odur ki, həm Namik, həm də Kalunqa lazım olan anda meydana çıxıb komandanın gücünə güc qatdılar.

    – “Kəpəz” əvvəllər qol vurmaqda çətinlik çəkirdi. İndi isə sanki maşın “xodlanıb” və komanda hər matçda fərqlənir. Bunun sirri nədədir?

    – Əlbəttə ki, bu, futbolçuların məşqlərdə çəkdikləri ağır əziyyətin bəhrəsidir. Biz hücum xəttində keyfiyyətin artırılması üzərində çox çalışırıq. Qol vurduqca, xüsusən də qapımızı toxunulmaz saxladıqca daha çox sevinirik. Əsas məsələlərdən biri də odur ki, mən futbolçulara meydanda müəyyən rahatlıq vermişəm. Onlarda özünəinam hissini formalaşdırmışam. Söhbət təkəbbürdən getmir, məhz sağlam özünəinamdan gedir. Uşaqlar da bu güvəndən yararlanaraq meydanda sərbəst və rahat futbol oynayırlar.

    – Meydançada sizi ilk dəfədir bu qədər emosional və həyəcanlı görürük. Bu, səhhətinizə mənfi təsir etmir ki?

    – Güman edirəm ki, edir. Amma bilirsiniz, sarı vərəqə aldım. Çox təəssüflənirəm, çünki vaxtilə futbol oynayanda demək olar ki, heç vaxt sarı kart almazdım, bu isə məşqçi kimi ilk sarı vərəqəm idi. Görünür, bəzi məqamlarda özümü bir qədər yığışdırmalı, emosiyalarımı idarə etməliyəm.

    Futbol

    "Bu, yəqin ki, ayın qolu olacaq" – Azər Məmmədov

    1.11.2026 20:39:59
    Futbol

    "Bir səhvə yol verdik, rəqib bunu ustalıqla qola çevirdi" – Ervins Perkons

    1.11.2026 20:36:37
    Futbol

    Namik Ələskərov "Kəpəz"ə vacib qələbə qazandırdı – VİDEO

    1.11.2026 19:27:15
    Futbol

    Rəhman Daşdəmirov Superliqa klubunun hədəfində

    1.11.2026 19:09:52
    Futbol

    "Görünür, bu gün qədərimizdə məğlub olmaq var idi" – Azər Bağırov

    1.11.2026 17:34:06
    Futbol

    "Bilirdik ki, 3 xalı qazanmaq üçün çox çalışmalıyıq" – Yuri Vernidub

    1.11.2026 17:29:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Dakar-2026": Cüdoçumuz qızıl medal qazandı

    1.11.2026 21:33:52

    "Bu, yəqin ki, ayın qolu olacaq" – Azər Məmmədov

    1.11.2026 20:39:59

    "Bir səhvə yol verdik, rəqib bunu ustalıqla qola çevirdi" – Ervins Perkons

    1.11.2026 20:36:37

    "Eyni səviyyədə oynamağa hazır deyilik” - Tahir Baxşıyev

    1.11.2026 20:09:49

    Namik Ələskərov "Kəpəz"ə vacib qələbə qazandırdı – VİDEO

    1.11.2026 19:27:15

    Əli Tsokayev dünya üçüncüsü oldu

    1.11.2026 19:18:27

    Rəhman Daşdəmirov Superliqa klubunun hədəfində

    1.11.2026 19:09:52

    "Hədəflərimiz böyükdür və daha da yaxşı olacağıq" - Murad Dikmən

    1.11.2026 18:17:39

    "Görünür, bu gün qədərimizdə məğlub olmaq var idi" – Azər Bağırov

    1.11.2026 17:34:06

    "Bilirdik ki, 3 xalı qazanmaq üçün çox çalışmalıyıq" – Yuri Vernidub

    1.11.2026 17:29:49

    "Avrokubok və daxili çempionat fərqli səviyyələrdir" - "Sabah"ın baş məşqçisi

    1.11.2026 17:16:54

    "Neftçi" "Şamaxı"nı məğlub edib, liderliyə yüksəldi – VİDEO

    1.11.2026 16:56:03

    "Sabah" və "Gəncə" inamlı qələbə qazandı

    1.11.2026 16:38:17

    "Kəpəz" – "İmişli": HEYƏTLƏR

    1.11.2026 16:32:31

    Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı

    1.11.2026 16:16:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved