Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Azarkeşlərdən üzr istəyirəm" - Xetaq Qazyumov
    1.11.2026 22:45:33

    Azərbaycanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Xetaq Qazyumov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yığmanın çıxışından narazı qaldığını bildirib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında komandanın gözləntiləri doğrultmadığını etiraf edib və uğursuz nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.

    “Bu nəticəyə görə kimsə cavabdeh olmalıdır və həmin məsuliyyəti mən daşıyıram. Azərbaycan azarkeşlərindən, bütün idmansevərlərdən üzr istəyirəm”, - deyə Qazyumov bildirib.

    Baş məşqçinin sözlərinə görə, yığmanın dünya çempionatındakı çıxışı federasiya rəhbərliyi ilə də müzakirə edilib. Görüş zamanı komandanın nəticələrindən narazılıq ifadə olunub və məşqçilər heyətinə iradlar çatdırılıb.

    “Federasiya rəhbərliyi ilə söhbətimiz oldu. Komandanın nəticələri qənaətbəxş hesab edilmədi və müəyyən iradlar səsləndirildi. Məşqçilər heyəti olaraq bunları qəbul edirik. İdmançılarımız bacardıqları səviyyədə mübarizə aparmadılar. Qarşıdakı dövrdə çatışmazlıqları aradan qaldırmaq üçün çalışacağıq”, - deyə mütəxəssis vurğulayıb.

    Qazyumov bildirib ki, federasiya tərəfindən hazırlıq üçün lazımi şərait yaradılsa da, ilboyu davam edən məşqlərin nəticəsi dünya çempionatında özünü doğrultmayıb.

    “Turnirə ciddi hazırlaşırdıq və daha yaxşı nəticələr əldə edəcəyimizə inanırdıq. Əsas hədəflərimizdən biri qızıl medal qazanmaq idi. Təəssüf ki, bəzi güləşçilərimiz öz potensiallarını göstərə bilmədilər. Xüsusilə həlledici qarşılaşmalardakı çıxışları bizi məyus etdi. Onlardan daha yüksək nəticələr gözləyirdik. Komandanın hazırlıq səviyyəsini ümumilikdə pis qiymətləndirməzdim, amma idmançılarımız imkanlarından tam istifadə edə bilmədilər”, - deyə baş məşqçi əlavə edib.

    Mütəxəssis uğursuz çıxışdan nəticə çıxarılacağını, məşq prosesindəki nöqsanların təhlil ediləcəyini və növbəti yarışlarda daha yüksək göstəricilərə nail olmaq üçün işlərin gücləndiriləcəyini qeyd edib.

    Xatırladaq ki, Azərbaycan millisi yarışı altı medalla tamamlayıb. Yığmanın aktivinə iki qızıl, iki gümüş və iki bürünc mükafat yazılıb. Yığmanın medal qazanan altı üzvündən üçü yunan-Roma, üçü isə sərbəst güləş üzrə mübarizə aparıb.

    Güləş

    Millimiz dünya çempionatını altı medalla başa vurdu

    1.11.2026 23:25:50
    Güləş

    "Azarkeşlərdən üzr istəyirəm" - Xetaq Qazyumov

    1.11.2026 22:45:33
    Güləş

    Əli Tsokayev dünya üçüncüsü oldu

    1.11.2026 19:18:27
    Güləş

    Dünya çempionatı: Son gündə 4 güləşçimiz "bürünc" üçün mübarizə aparacaq

    1.11.2026 10:35:17
    Güləş

    Azərbaycanın gürcüstanlı güləşçiləri gümüş və bürünc medalla kifayətləndi – YENİLƏNİB

    31.10.2026 19:08:24
    Güləş

    4 güləşçimiz üçün bürünc şansı – YENİLƏNİB

    31.10.2026 18:12:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz dünya çempionatını altı medalla başa vurdu

    1.11.2026 23:25:50

    "Azarkeşlərdən üzr istəyirəm" - Xetaq Qazyumov

    1.11.2026 22:45:33

    "Hakim səhvləri məğlubiyyətimizin əsas səbəblərindəndir" - Uğur Özdəmir

    1.11.2026 22:02:49

    "Dakar-2026": Cüdoçumuz qızıl medal qazandı

    1.11.2026 21:33:52

    "Bu, yəqin ki, ayın qolu olacaq" – Azər Məmmədov

    1.11.2026 20:39:59

    "Bir səhvə yol verdik, rəqib bunu ustalıqla qola çevirdi" – Ervins Perkons

    1.11.2026 20:36:37

    "Eyni səviyyədə oynamağa hazır deyilik” - Tahir Baxşıyev

    1.11.2026 20:09:49

    Namik Ələskərov "Kəpəz"ə vacib qələbə qazandırdı – VİDEO

    1.11.2026 19:27:15

    Əli Tsokayev dünya üçüncüsü oldu

    1.11.2026 19:18:27

    Rəhman Daşdəmirov Superliqa klubunun hədəfində

    1.11.2026 19:09:52

    "Hədəflərimiz böyükdür və daha da yaxşı olacağıq" - Murad Dikmən

    1.11.2026 18:17:39

    "Görünür, bu gün qədərimizdə məğlub olmaq var idi" – Azər Bağırov

    1.11.2026 17:34:06

    "Bilirdik ki, 3 xalı qazanmaq üçün çox çalışmalıyıq" – Yuri Vernidub

    1.11.2026 17:29:49

    "Avrokubok və daxili çempionat fərqli səviyyələrdir" - "Sabah"ın baş məşqçisi

    1.11.2026 17:16:54

    "Neftçi" "Şamaxı"nı məğlub edib, liderliyə yüksəldi – VİDEO

    1.11.2026 16:56:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved