Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.
Prosport.Az xəbər verir ki, osetin əsilli gürcüstanlı legionerimiz finalda ABŞ-dən olan Kayl Deykə 2:3 hesabı ilə məğlub olub. Təcrübəli 5-ci dəfə dünya çempionu olub. O bunlardan 3-nün finalında Azərbaycan idmançılarını yenib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) bürünc mükafat əldə edib.
17:52
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, gürcü legionerimiz bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edib.
