Rumıniya Superliqasında XIV turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz evində ÇFR-lə qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib - 1:1. Matça ehtiyatda başlayan Hüseynov meydana 64-cü dəqiqədə - hesab 1:1 olarkən daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Petrolul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
