Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi yarış ləğv olundu
    31.10.2026 21:48:51

    Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizə aparacağı məsafələrdən biri üzrə yarış ləğv edilib.

    Prosport.Az xəbər verir ki, bu barədə üzgüçülük üzrə komandanın məşqçisi Ruslan Hətəmxanov məlumat verib. Onun sözlərinə görə, təşkilatçılar suyun temperaturunun yüksək olması səbəbindən 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları keçirməkdən imtina edib. Məşqçi bildirib ki, yarışın vaxtı dəyişdirilməyib, məsafə üzrə mübarizə tamamilə proqramdan çıxarılıb.

    “Süleyman İsmayılzadə Dakar-2026-da 200, 400 və 800 metr məsafə üzrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparmalı idi. Lakin suyun tempraturunun isti olması ilə əlaqədar 800 metr məsafəyə sərbəst üsulla üzmə yarışları ləğv edildi. Maraqlıdır ki, yarışın vaxtı dəyişdirilmədi, birbaşa proqramdan çıxarıldı. İlk dəfədir ki, belə bir halla qarşılaşırıq. Qərar heç kimlə müzakirə edilmədən qəbul edildiyi üçün bir qədər narazılıqla qarşıladıq. Həmin məsafədə mübarizə sabah başlamalı idi. Beləliklə, Süleyman Oyunlarda 2 məsafədə çıxış edəcək”, – deyə Ruslan Hətəmxanov qeyd edib.

    Məşqçinin sözlərinə görə, belə olan halda Azərbaycan millisinin üzvlərindən ilk olaraq Məryəm Cavadova start xəttinə çıxacaq. O, noyabrın 2-də 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq. Süleyman İsmayılzadə isə ilk çıxışını noyabrın 3-də 400 metr məsafədə edəcək. Üzgüçümüz noyabrın 6-da 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da bacarığını nümayiş etdirəcək.

    Üzgüçülük yarışları “Tur de löf” idman kompleksində (CTO) və Dakar Su İdmanı Mərkəzində (CAD) təşkil olunacaq. Artıq hər iki idmançımız bu məkanlarda 2 məşq keçib. Məşqçinin bildirdiyinə görə, hazırlıq prosesi yaxşıdır və komandada hər şey qaydasındadır.

    Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Seneqal milli futbol komandasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq mərasimdə Azərbaycan komandasının bayrağını üzgüçülərimiz Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq. 

    Xatırladaq ki, Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır. Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır. 

    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32
    Digər idman növləri

    Bakı-Xankəndi yarışına hazırlıq məsələləri müzakirə edilib

    16.11.2026 17:12:10
    Digər idman növləri

    Millimiz Dünya Kubokunda 14-cü oldu

    16.11.2026 15:13:52
    Digər idman növləri

    Prezident Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı - SƏRƏNCAM

    16.11.2026 14:14:36
    Digər idman növləri

    Dakar olimpiyadasında iştirak edən idmançılarımız vətənə döndülər

    15.11.2026 12:12:56
    Digər idman növləri

    "Zidan" Azərbaycan çempionatında 2-ci oldu

    14.11.2026 22:52:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32

    "Turan Tovuz"un futbolçusu oynadı, komandası uduzdu

    16.11.2026 22:50:37

    Emin Mahmudova vida matçından öncə simvolik hədiyyə verildi

    16.11.2026 22:13:07

    Naxçıvan təmsilçisindən səfərdə inamlı qələbə

    16.11.2026 21:44:26

    Andorra – Azərbaycan: HEYƏTLƏR

    16.11.2026 21:05:01

    "Ordu" Sumqayıtda darmadağın oldu

    16.11.2026 20:44:44

    Bu federasiyaya yeni baş katib təyin olundu

    16.11.2026 20:15:01

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09

    "Neftçi" veteran futbolçularını təbrik etdi

    16.11.2026 19:18:27

    II Liqa: Qonaqlar 3 xalı darmadağınla qazandı

    16.11.2026 18:49:38

    "Biz dibə düşmüşük, indi yuxarı qalxmalıyıq" - Cahangir Fərəcullayev

    16.11.2026 18:16:05

    "Yığmaya Kaşşuku da çağırmayaq, bəs kimi çağıraq?" - Baş məşqçi

    16.11.2026 17:41:17

    Bakı-Xankəndi yarışına hazırlıq məsələləri müzakirə edilib

    16.11.2026 17:12:10

    Baş katib ABŞ-yə niyə gedib? - FOTOLAR

    16.11.2026 16:47:23

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved