Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
    30.10.2026 19:37:50

    Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda keçiriləcək.

    Prosport.Az xəbər verir ki, Seneqal futbol yığmasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq təntənəli açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

    Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaq. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Yeniyetmələrin Olimpiadasında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

    Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları üzgüçülər - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova olacaqlar.

    İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandanın heyətində çimərlik güləşində dörd idmançı - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.

    Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında təşkil olunur.

    Digər idman növləri

    Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi yarış ləğv olundu

    31.10.2026 21:48:51
    Digər idman növləri

    AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər

    30.10.2026 20:25:13
    Digər idman növləri

    Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

    30.10.2026 19:37:50
    Digər idman növləri

    Millimiz qızıl medal qazandı

    29.10.2026 19:41:16
    Digər idman növləri

    Millimiz İraqda qızıl medal qazandı - FOTOLAR

    29.10.2026 15:43:54
    Digər idman növləri

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Gəncə" NTD-ni qəbul edir, "Sumqayıt" "Sabah"a qarşı

    1.11.2026 11:25:49

    Dünya çempionatı: Son gündə 4 güləşçimiz mübarizə aparacaq

    1.11.2026 10:35:17

    Mateuş Silva Yankoviçlə yaşanan insidentdən danışdı

    1.11.2026 09:55:23

    Cəlal 64-cü dəqiqədə meydana daxil oldu, komandası xal itirdi - VİDEO

    31.10.2026 23:58:51

    Murad meydana çıxdı, "Pafos" məğlubiyyətdən qaçdı - VİDEO

    31.10.2026 23:37:40

    Millimizin üzvü oynadı, komandası "sülh"ə razılaşdı

    31.10.2026 23:10:14

    Daha 2 cüdoçumuz "qızıl" qazandı, yığmamız Avropa çempionu oldu

    31.10.2026 22:34:10

    Cüdoçumuzun Yay Olimpiya Oyunlarında ilk mümkün rəqibləri bilindi

    31.10.2026 22:19:12

    Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi yarış ləğv olundu

    31.10.2026 21:48:51

    Asiya Kuboku: Millimizin bütün təmsilçiləri fəxri kürsüdə

    31.10.2026 21:11:01

    "Məncə, 1 xal qazanmağa layiq idik" - Yeton Bekiri

    31.10.2026 20:47:06

    Kokauri gümüş medal qazandı, "Böyük Dəbilqə"ni 5 medalla bitirdik

    31.10.2026 20:39:56

    Toral qol ötürməsi etdi, "Bursaspor" 3 xala sevindi

    31.10.2026 20:35:26

    "Tam araşdırmadım, amma 100 faiz cəzalanacaqlar" - Qurban Qurbanov

    31.10.2026 20:21:39

    Premyer Liqa: "Qarabağ" Qəbələdə büdrədi

    31.10.2026 19:24:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved