İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar.
Prosport.Az xəbər verir ki, komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 5 medal əldə edib.
Gülşən Hüseynova (48 kq) və Ayan Əliyeva (63 kq) turnirin qalibi olublar. Gülgəz Musayeva (48 kq) və Aytən Verdiyeva (57 kq) 2-ci, Çinarə Sadıqova (52 kq) isə 3-cü yeri tutub.
Azərbaycan yığması ilk yarış gününü qızların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci sırada başa vurub.
Beynəlxalq yarışda 19 ölkədən 121 cüdoçu iştirak edir.
