Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) bu il "Böyük Dəbilqə" turnirlərində qazandığı qələbələrin sayına görə dünyada lideridir.
Prosport.Az xəbər verir ki, 28 yaşlı idmançının aktivində 3 qələbə var.
Ağayev bu uğura Paris, Ulan-Bator və Əbu-Dabidə keçirilən turnirlərdə nail olub.
