Oktyabrın 23-25-də Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U-15 və U-17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.
Prosport.Az xəbər verir ki, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.
U-17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.
Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında 1-ci pillədə başa vurub.
2-ci yeri Gürcüstan, 3-cü yeri isə Özbəkistan tutub.
