Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri növbəti görüşlərini keçiriblər.
Prosport.Az xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan Arseni Cioyev yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Onun finaldakı rəqibi ABŞ-li Kayl Deyk olacaq.
125 kq-da çıxış edən Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə məğlub olub. Güləşçimiz sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
14:16
Azərbaycanın 2 sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, Arseni Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) buna nail olublar.
Cioyev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kouqioumtsidisi məğlub edib. Meşvildişvili eyni raundda Türkiyə idmançısı Hakan Büyükçınqıldan üstün olub.
Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
09:30
Azərbaycanın 4 sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.
Prosport.Az xəbər verir ki, Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Arseni Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Novruzov, Heybətov və Meşvildişvili ilk mərhələdən azaddır.
Cioyev Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (Bəhreyn) üz-üzə gələcək.
Ötən gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) medal şanslarını itirib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
