Albaniya Superliqasında X turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Tirana”nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Ardıcıl 2-ci qələbqsini qazanan “Eqnatiya” xalını 24-ə çatdırıb və turnir cədvəlində ilk pillədəki mövqeyini qoruyaraq ən yaxın izləyicisi “Teuta” ilə fərqi 4 xala yüksəldib.
