Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Aydın Ağabəyov beynəlxalq təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş Dünya Kubokunda rinq döyüşlərinin baş hakimi olub.
Qeyd edək ki, yarış 13–19 oktyabr tarixlərində keçirilib.
