Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Arsen Venger Bakıda seminar keçdi - FOTOLAR
    27.10.2026 15:17:14

    Oktyabrın 27-də Bakıda FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə master-klass təşkil olunub.

    Prosport.Az xəbər verir ki, AFFA-nın dəstəyi ilə FIFA tərəfindən keçirilən tədbirdə Azərbaycan Premyer Liqası klublarının və milli komandaların baş məşqçiləri, köməkçi məşqçilər, eləcə də milli assosiasiya nümayəndələri iştirak ediblər.

    Zəngin təcrübəsinə əsaslanan Arsen Venger məşqçilik fəaliyyəti, futbolçuların yetişdirilməsi və müasir futbolun dəyişən tələbləri barədə fikirlərini bölüşüb. Görüşün əvvəlində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov fransalı mütəxəssisi salamlayaraq ona Azərbaycan milli komandasının formasını təqdim edib.

    Seminar çərçivəsində Premyer Liqa klubları tərəfindən əvvəlcədən təklif olunan mövzulara toxunulub. Xüsusilə uşaq və gənc futbolçuların inkişafı, akademiyadan əsas komandaya keçid mərhələsi və kollektivin idarə olunması kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb. Ustad dərsinin sual-cavab hissəsində iştirakçılar məşqçilik fəaliyyətində qarşılaşdıqları çətinlikləri bölüşmək və fransalı mütəxəssislə birbaşa fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

    Tədbir FIFA-nın dünyada məşqçilərin inkişafını dəstəkləmək və futbolun səviyyəsini yüksəltmək missiyası çərçivəsində keçirilib. AFFA-nın dəstəyi ilə təşkil olunan görüş Azərbaycan futbolunda beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və davamlı öyrənmə imkanları yaratmaq məqsədi daşıyıb.

    Sonda Arsen Venger iştirakçılarla xatirə fotosu çəkdirib.

     

    Futzal

    "Araz-Naxçıvan" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB

    27.10.2026 17:48:27
    Futbol

    Azərbaycanda ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi

    27.10.2026 16:45:43
    Futbol

    Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və II Liqa klubu 1/8 finalda

    27.10.2026 16:05:28
    Futbol

    "Sumqayıt" – "Şəfa" matçı bu stadionda keçiriləcək

    27.10.2026 15:45:31
    Futbol

    Arsen Venger Bakıda seminar keçdi - FOTOLAR

    27.10.2026 15:17:14
    Futbol

    "Qarabağ"da hər şey əla idi" - Kamilo Duran

    27.10.2026 14:13:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Araz-Naxçıvan" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB

    27.10.2026 17:48:27

    Nihat Məmmədli dünya 2-cisi oldu, Həsrət Cəfərov gözləyir - YENİLƏNİR

    27.10.2026 17:29:55

    Azərbaycanda ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi

    27.10.2026 16:45:43

    Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və II Liqa klubu 1/8 finalda

    27.10.2026 16:05:28

    "Sumqayıt" – "Şəfa" matçı bu stadionda keçiriləcək

    27.10.2026 15:45:31

    Arsen Venger Bakıda seminar keçdi - FOTOLAR

    27.10.2026 15:17:14

    Hidayət Heydərov çəki dərəcəsi ilə bağlı qərarını verdi

    27.10.2026 14:45:08

    "Qarabağ"da hər şey əla idi" - Kamilo Duran

    27.10.2026 14:13:20

    Makkarti həmyerlisini "Sabah"a gətirmək istəyir

    27.10.2026 13:48:20

    Ruslan Abışovun qardaşı vəzifəsindən ayrıldı

    27.10.2026 13:41:49

    AFFA Hövsana köçür

    27.10.2026 13:19:42

    Millimiz UEFA İnkişaf Turnirinə qələbə ilə yekun vurdu

    27.10.2026 12:53:33

    "Sevilya" ilə hər şey razılaşdırılmışdı, hətta çamadanımı da yığmışdım" - Juninyo

    27.10.2026 12:19:19

    Gəncə təmsilçisinin yeni baş məşqçisi bilindi

    27.10.2026 11:49:20

    Azərbaycanı Asiya Kubokunda 4 cüdoçu təmsil edəcək - ADLAR

    27.10.2026 11:22:43
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved