"İdman" telekanalının redaktoru Sərxan İbrahimoğlu (Mustafayev) Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi postundan ayrılıb.
Prosport.Az-ın xəbərinə görə, o, 2022-ci ilin iyununda bu vəzifəyə təyin olunmuşdu.
Belə ki, Slovakiyanın Koşitse şəhərində keçirilmiş minifutbol üzrə Avropa çempionatından sonra adıçəkilən şəxs bu vəzifədə işləməyə başlamışdı.
Qeyd edək ki, S.İbrahimoğlu millimizin sabiq futbolçusu, hazırda "Turan Tovuz"da baş məşqçi Qurban Berdiyevin köməkçisi işləyən Ruslan Abışovun böyük qardaşıdır.
Xatırladaq ki, Sərxan İbrahimoğlu iyundan futbol üzrə I Liqa təmsilçisi "Səbail"in prezidenti Mirzə Bayrampur vasitəsilə klubun İdarə Heyətinə üzv təyin olunub.
