Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"ə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Polşadakı "Prezero Arena"da baş tutan turnirin əsas mərhələsinin I turunun görüşü təmsilçimizin 5:4 hesablı qələbəsi ilə bitib.
"Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib. Digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.
Komanda növbəti oyununu sabah Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə qarşı keçirəcək. Sözügedən matç saat 17:30-da başlayacaq.
10:10
Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
Prosport.Az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstan çempionu "Uypeşt"lə üz-üzə gələcək.
Matç Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qarşılaşmanı fransalı Viktor Şe idarə edəcək. Ona latviyalı Sergey Saçmans və İqor Yaçeviç kömək göstərəcəklər. Görüşün "timekeeper"i polşalı Dominik Lorke, hakim-inspektoru almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.
