Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sevilya" ilə hər şey razılaşdırılmışdı, hətta çamadanımı da yığmışdım" - Juninyo
    27.10.2026 12:19:19

    “Qarabağ”ın sabiq hücumçusu, hazırda Meksikanın “Pumas” klubunda çıxış edən Juninyo Braziliyanın “Flamenqo” komandasındakı karyerasından və Azərbaycandan ayrıldıqdan sonra yaşadıqlarından danışıb.

    Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu “365Scores”ə müsahibəsində “Flamenqo”da özünü tam göstərə bilməməsinin səbəblərini açıqlayıb.

    Juninyo bildirib ki, Braziliya klubuna keçməzdən əvvəl İspaniyanın “Sevilya” komandasına transfer olunmağa çox yaxın olub: “Sevilya” ilə hər şey razılaşdırılmışdı, bütün hazırlıqlar görülmüşdü. Hətta çamadanımı da yığmışdım. Sonra zəng edib dedilər ki, transfer baş tutmur. “Sevilya”ya keçməyimə kiçik bir detal mane oldu. Daha sonra “Flamenqo” variantı yarandı və Braziliyaya qayıtdım”.

    O, “Flamenqo”ya keçidinin özü və ailəsi üçün böyük arzunun gerçəkləşməsi olduğunu deyib: “Braziliyaya qayıtmaq barədə düşünmürdüm. Avropanın başqa klublarından da təkliflərim var idi. Amma “Flamenqo” zəng edəndə yox demək mümkün deyil. “Marakana”da oynamaq, ölkəmin ən böyük klubunda çıxış etmək və titullar qazanmaq istəyirdim”.

    Juninyo “Flamenqo”da əfsanəvi Qabiqolun əvəzinə transfer edilməsinin də onun üzərində təzyiq yaratdığını etiraf edib: "Klubda hər şeyi qazanmış bir əfsanənin yerini tutmağa gəlmişdim. Bu, əlbəttə, müəyyən təzyiq yaradırdı. Təəssüf ki, özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı almadım. Özümü yaxşı tanıyıram və əminəm ki, mənə bir az da vaxt verilsəydi, bacarığımı göstərə bilərdim”.

    Braziliyalı futbolçu ölkəsinə qayıtmaq niyyətində olmadığını da vurğulayıb: “Açığı, Braziliyaya qayıtmağı düşünmürəm. Orada qazanmalı olduğum titulları qazandım, ölkəmin ən böyük klubunda oynadım. Bu, mənim üçün kifayətdir. Hazırda özümü yenidən Braziliyada oynayan görmürəm”.

    Qeyd edək ki, ötən ilin sonunda “Flamenqo”dan “Pumas”a 5 milyon avroya transfer olunan Juninyo Meksika çempionatının Apertura mərhələsində 14 oyuna 8 qol vurub və bombardirlər siyahısında ikinci yerdədir. Onun Meksika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

    Minifutbol

    Azərbaycanda ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi

    27.10.2026 16:45:43
    Futbol

    Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və II Liqa klubu 1/8 finalda

    27.10.2026 16:05:28
    Futbol

    "Sumqayıt" – "Şəfa" matçı bu stadionda keçiriləcək

    27.10.2026 15:45:31
    Futbol

    Arsen Venger Bakıda seminar keçdi - FOTOLAR

    27.10.2026 15:17:14
    Futbol

    "Qarabağ"da hər şey əla idi" - Kamilo Duran

    27.10.2026 14:13:20
    Futbol

    Makkarti həmyerlisini "Sabah"a gətirmək istəyir

    27.10.2026 13:48:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi

    27.10.2026 16:45:43

    Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və II Liqa klubu 1/8 finalda

    27.10.2026 16:05:28

    "Sumqayıt" – "Şəfa" matçı bu stadionda keçiriləcək

    27.10.2026 15:45:31

    Arsen Venger Bakıda seminar keçdi - FOTOLAR

    27.10.2026 15:17:14

    Hidayət Heydərov çəki dərəcəsi ilə bağlı qərarını verdi

    27.10.2026 14:45:08

    "Qarabağ"da hər şey əla idi" - Kamilo Duran

    27.10.2026 14:13:20

    Makkarti həmyerlisini "Sabah"a gətirmək istəyir

    27.10.2026 13:48:20

    Ruslan Abışovun qardaşı vəzifəsindən ayrıldı

    27.10.2026 13:41:49

    AFFA Hövsana köçür

    27.10.2026 13:19:42

    Millimiz UEFA İnkişaf Turnirinə qələbə ilə yekun vurdu

    27.10.2026 12:53:33

    Dünya çempionatı: Qadın güləşçilərimiz uduzdu, Abbasov medal şansını itirdi - YENİLƏNİR

    27.10.2026 12:37:55

    "Sevilya" ilə hər şey razılaşdırılmışdı, hətta çamadanımı da yığmışdım" - Juninyo

    27.10.2026 12:19:19

    Gəncə təmsilçisinin yeni baş məşqçisi bilindi

    27.10.2026 11:49:20

    Azərbaycanı Asiya Kubokunda 4 cüdoçu təmsil edəcək - ADLAR

    27.10.2026 11:22:43

    "Araz-Naxçıvan" Macarıstan çempionuna qarşı

    27.10.2026 11:10:27
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved