15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Maltada təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Aleksandr Qrossun rəhbərlik etdiyi Azərbaycan komandasının heyətində Zəfər İbrahim fərqlənib. Penaltilər seriyasında 2:1 hesabı ilə üstün olan yığma turniri qələbə ilə başa vurub.
Xatırladaq ki, Azərbaycanın U-15 millisi daha əvvəl turnirdə Latviya millisinə 0:3 və Maltaya 0:1 hesabı ilə məğlub olub.
