Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
       
    Minifutbolun FIFA-ya üzv olması gündəmdədir - Orxan Məmmədov
    27.10.2026 20:25:48

    Minifutbol üzrə ölkə çempionatının 2026/27 mövsümünün püşkü atılıb.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb:

    - Artıq 8-ci dəfə minifutbol üzrə ölkə çempionatı keçiriləcək. Bu il turnirdə 12 komanda iştirak edəcək. Bir neçə yeni komanda var. Minifutbolun inkişafı, yeni istedadların kəşf edilməsi bizim prioritetimizdir. Bu il milli komandamız Avropa çempionu oldu. Bu, yerli çempionatın kifayət qədər güclü olmasının göstəricisidir. Əsas məqsədimiz bu işləri davam etdirməkdir. Çünki gələn il dünya çempionatı olacaq. Əminik ki, bu mundial da güclü rəqabət şəraitində keçəcək.

    - FIFA prezidenti Canni İnfantino Bakıdadır. Minifutbolun inkişafı ilə bağlı müzakirələr aparmaq üçün onunla görüş planlaşdırırsınız?

    - Azərbaycan Minifutbol Federasiyası Dünya Minifutbol Federasiyasının üzvüdür. Keçirilən konfranslarda daim bu məsələləri müzakirə edirik. Minifutbolun FIFA-ya üzv olması konfransların gündəmindədir.

    - Minifutbol üçün xüsusi stadionun inşa olunması ilə bağlı məsələ nə yerdədir?

    - Həm millinin oyunları, həm də çempionat Bakı Tennis Akademiyasında keçirilir. İlin əvvəlində federasiya olaraq həmin arenanı daimi istifadəyə götürdük və sırf minifutbol üçün mərkəz etdik. Ayrıca baza tikilməsi məsələsi də gündəmdədir. Artıq layihəsi hazırdır. Dövlət orqanları ilə danışıqlar müsbət nəticələndikdən sonra tikintiyə başlayacağıq.

    - Naxçıvan təmsilçisi əlavə bir oyunla çempionata qoşulacaq. Həmin komandanın oyunlarının Naxçıvanda keçirilməsi mümkündür?

    - Naxçıvandakı çempionatın finalında iştirak etdim, minifutbolun inkişafı ilə tanış oldum. Oradakı çempion buradakı liqaya qoşulacaq. Əsas məqsədimiz regionların minifutbola cəlb olunması idi. Naxçıvanın çempionatda iştirak etməsi əlamətdar haldır. Məqsədimiz nəinki Bakıda, bütün regionlarda oyunların keçirilməsidir.

    - Millimizin dünya çempionu titulunu qoruması nə dərəcədə mümkündür?

    - Titulu qorumaq, əlbəttə ki, onu qazanmaqdan daha çətindir. Belə nəticələrdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma biz çalışırıq, yeni istedadlar kəşf edirik. Əminəm ki, futbolçular və məşqçi heyəti titulu qorumağın vacibliyini başa düşür.

    - Premyer Liqada iştirak edən futbol klublarının minifutbol komandalarının yaradılması və çempionatda iştirakı müzakirə olunur?

    - Bəli, bunu daim müzakirə edirik. Bir neçə müsbət danışığımız da olub. Amma böyük futbol klublarını minifutbola cəlb etmək bir az müşkül məsələdir. "Zirə"nin minifutbol çempionatında iştirak etməsi digər komandalar üçün motivasiyadır. Əminəm ki, yaxın gələcəkdə başqa klublar da minifutbola qoşulacaq. Çünki bir neçə klubla danışıq aparmışdıq. Sadəcə olaraq, son anda onların iştirakı baş tutmadı. Bizim əsas məqsədimiz komandaların stabil olmasıdır.

    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İstəyirdim ki, futbolçular daha çox fərqlənsinlər" - Yeton Bekiri

    27.10.2026 22:40:42

    "Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı

    27.10.2026 22:02:26

    Cəlal Hüseynov darmadağında iştirak etdi

    27.10.2026 22:00:11

    Komitə sədri Cavid Cəlilovun səhvini etiraf etdi - VİDEO

    27.10.2026 21:39:36

    Azərbaycan Kuboku: "Zirə" penaltilərlə 1/8 finalda

    27.10.2026 21:02:20

    Yunan-Roma güləşçilərimiz ikinci oldular

    27.10.2026 20:48:26

    Minifutbolun FIFA-ya üzv olması gündəmdədir - Orxan Məmmədov

    27.10.2026 20:25:48

    Avropa çempionatında ölkəmizi 8 cüdoçu təmsil edəcək

    27.10.2026 19:52:39

    Azərbaycan çempionatının püşkü atıldı - Yeni reqlamentdə keçiriləcək

    27.10.2026 19:17:53

    Azərbaycan Kuboku: Daha 2 komanda 1/8 finalda

    27.10.2026 18:53:01

    Həsrət Cəfərov uduzdu, "klassik"lərimiz dünya çempionatını 3 medalla tamamladı - YENİLƏNİB

    27.10.2026 18:39:55

    Azərbaycanlı hakim Dünya Kubokunun əsas referisi olub

    27.10.2026 18:12:45

    "Araz-Naxçıvan" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB

    27.10.2026 17:48:27

    Azərbaycanda ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi

    27.10.2026 16:45:43

    Azərbaycan Kuboku: "Araz-Naxçıvan" və II Liqa klubu 1/8 finalda

    27.10.2026 16:05:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved