Rumıniya Kubokunda II turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" səfərdə "Spartak"ın (Proqresul) qonağı olub. Qarşılaşma "Petrolul"un böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.
Cəlal Hüseynov matça start heyətində başlayıb. Bu qələbədən sonra xallarının sayını 3-ə çatdıran "Petrolul" B qrupunda 1-ci pilləyə yüksəlib.
