Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən istefadan heç vaxt qorxmuram" – Elnur Abdullayev
    27.10.2026 23:34:46

    “Səbail”in baş məşqçisi Elnur Abdullayev evdə “Zirə”yə penaltilər seriyasında uduzduqları Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransı keçirib. 

    Prosport.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib.

    – İlk növbədə, rəqibi – həm futbolçularını, həm də məşqçi heyətini təbrik edirəm. İkinci təbrikim isə öz futbolçularıma aiddir. Onlara təşəkkür edirəm. Bu gün əzmkar və baxımlı futbol nümayiş etdirdilər. Komandamın potensialını bilirəm, bu cür oyunu təlim-məşq toplanışı vaxtı da görmüşəm. Belə oyunu I Liqa matçlarında göstərə bilmədiyimizə görə üzülürəm. Bu gün rahat idim, çünki futbolçularımın yaxşı oynayacağına inanırdım. Çətinlik çəkdiyimiz məqam odur ki, Premyer Liqadan gələn futbolçular I Liqada hələ adaptasiya dövrünü keçə bilmirlər. Buna görə də məşqçi olaraq düşünürəm ki, zaman, vaxt və səbir lazımdır. İnanıram ki, hər şey yaxşı olar.

    – Oyundan əvvəl qarşılaşmanın əlavə vaxtda və hətta penaltilər seriyasına qədər uzanacağını düşünürdünüzmü?

    – “Zirə” həqiqətən yaxşı və güclü komandadır. Premyer Liqa təmsilçisidir. Bu, mənim futbolçularım üçün də əlavə stimul idi. Açığı, rahat idim. Çünki futbolun içində olduğum üçün vəziyyəti yaxşı anlayıram. Bizim liqamız fərqlidir. Burada birəbir mübarizə və güc futbolu ilə qarşılaşırıq. Amma bu gün inanırdım və futbolçularıma da demişdim ki, çox yaxşı futbol oynayacaqsınız. Futbolda hər şey ola bilər, qələbə də qazana bilərik. Təəssüf ki, penaltilər seriyasında məğlub olduq. Üzülmürük, həyat davam edir. Hər şey daha yaxşı olacaq.

    – Penaltilər seriyası ilə bağlı əvvəlcədən xüsusi hazırlıq aparılmışdımı?

    – Belə deyim, penaltilər seriyası elə bir məqamdır ki, 120 dəqiqə başa çatdıqdan sonra futbolçulara yaxınlaşdım. Özləri dedilər: “Hoca, məni birinci yaz”, digərləri isə ikinci və üçüncü olmaq istədilər. Yəni özlərinə güvənirdilər. Amma penaltilər lotereyadır. Ona görə də futbolçularımı heç nədə qınamadım, sadəcə onlara təşəkkür etdim. Qarşıda bizi çox iş gözləyir. Öz liqamızda əlimizdən gələni edəcəyik ki, çempion olub Premyer Liqaya yüksələk.

    – Komandanın qarşısında məqsədə çatmaq üçün zamana ehtiyac olduğu bildirilir. Bununla yanaşı, mətbuatda komandanın dördüncü yerdə olması tənqid edilir. Rəhbərliklə bu barədə söhbətiniz olubmu və sizə sona qədər dəstək veriləcəyi bildirilibmi?

    – Baxın, rəhbərliklə bu barədə çox danışıram. Mən istefadan heç vaxt qorxmuram. Rəhbərliyə hər zaman demişəm ki, nəticələrimiz pis gəlirsə, komanda üçün getməyə hazıram. Mən qorxaq məşqçi deyiləm. Nəticələr həqiqətən də pis olarsa və bunun səbəbkarı mənəmsə, məsuliyyəti üzərimə götürməyə hazıram. Lakin rəhbərlik mənə güvənir və mənimlə davam etmək istədiklərini deyirlər. Dördüncü yerdəyik, qarşıda isə hələ 21 tur var. Heç nə itirilməyib, hər şey qabaqdadır. Komandama güvənirəm və inanıram ki, sona qədər mübarizə aparacağıq.

    – Qarşınıza Premyer Liqaya yüksəlmək hədəfi qoyulubmu?

    – Bəli, hədəf qoyulub. Yenə də dediyim kimi, bu liqa fərqlidir. Futbolçularım müəyyən çətinliklər yaşayırlar, amma oyundan-oyuna görürəm ki, artıq adaptasiya olmağa başlayıblar, fərqlidirlər. Premyer Liqada taktiki sxemlərlə, fərqli səviyyədə futbol oynanılır. I Liqada isə futbol tam başqadır. Buna görə futbolçular müəyyən çətinliklər çəkirlər. Biz də çalışırıq ki, onlar yeni mühitə daha tez uyğunlaşsınlar.

    – Bu gün Premyer Liqanın iddialı komandası ilə başabaş mübarizə aparmağınız sizə ümid verirmi ki, I Liqada ikinci yeri tutsanız belə, elitanın 11-cisi ilə pley-off oyunundan qalib ayrıla bilərsiniz?

    – Məqsədimiz çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaqdır. Bunun üzərində çalışırıq. Çətin olsa da, düşünürəm ki, heyətim çempion olmaq üçün kifayət edir. Bu gün də futbolçularım həqiqətən yaxşı oyunçular olduqlarını göstərdilər. Sadəcə, səbirli olmaq lazımdır. Səbr olmasa, düşünürəm ki, uduzacağıq. Bu işdə səbr lazımdır. Belə işlər birdən-birə alınmır. Sıfırdan qurulan komandayıq. Buna görə də çalışırıq ki, futbolçularım özlərinə tez gəlsinlər, ayılsınlar.

    – Bu gün kubok oyununu izləmək üçün qubalı azarkeşlər də gəlmişdilər. Onlar komandanın nə vaxt Qubaya gedəcəklərini gözləyirlər. Düzdür, yavaş-yavaş Qubaya doğru gedirsiniz, amma nə zaman çatacağınız hələ də bilinmir…

    – (gülür – red.) Vallah, bu, mənim işim deyil. Mən məşqçiyəm. Bu məsələ rəhbərlik səviyyəsində həll olunur. Ona görə də bu suala cavab verməyim düzgün olmaz.

    – Növbəti oyununuz I Liqada “Gəncəbasar”a qarşı olacaq. Bərpa üçün kifayət qədər vaxtınız da olacaq. Qarşıdakı oyunla bağlı gözləntiləriniz nələrdir?

    – “Gəncəbasar” yaxşı komandadır. İstənilən rəqibə hörmətlə yanaşıram. Futbolçularıma da deyirəm ki, rəqiblərə hörmət etməsəniz, məğlub olarsınız. İki günlük istirahətdən sonra yenidən “Gəncəbasar”la oyuna hazırlaşacağıq. İndiyədək yetərincə xal itirmişik. Bundan sonra hər oyuna qələbə üçün çıxacağıq.

    Futbol

    "Zirə"də ciddi itkilər

    27.10.2026 23:53:49
    Futbol

    "Mən istefadan heç vaxt qorxmuram" – Elnur Abdullayev

    27.10.2026 23:34:46
    Futbol

    "Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma..." - Rəşad Sadıqov

    27.10.2026 23:01:38
    Futbol

    "İstəyirdim ki, futbolçular daha çox fərqlənsinlər" - Yeton Bekiri

    27.10.2026 22:40:42
    Futbol

    Cəlal Hüseynov darmadağında iştirak etdi

    27.10.2026 22:00:11
    Futbol

    Komitə sədri Cavid Cəlilovun səhvini etiraf etdi - VİDEO

    27.10.2026 21:39:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə"də ciddi itkilər

    27.10.2026 23:53:49

    "Mən istefadan heç vaxt qorxmuram" – Elnur Abdullayev

    27.10.2026 23:34:46

    "Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma..." - Rəşad Sadıqov

    27.10.2026 23:01:38

    "İstəyirdim ki, futbolçular daha çox fərqlənsinlər" - Yeton Bekiri

    27.10.2026 22:40:42

    "Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı

    27.10.2026 22:02:26

    Cəlal Hüseynov darmadağında iştirak etdi

    27.10.2026 22:00:11

    Komitə sədri Cavid Cəlilovun səhvini etiraf etdi - VİDEO

    27.10.2026 21:39:36

    Azərbaycan Kuboku: "Zirə" penaltilərlə 1/8 finalda

    27.10.2026 21:02:20

    Yunan-Roma güləşçilərimiz ikinci oldular

    27.10.2026 20:48:26

    Minifutbolun FIFA-ya üzv olması gündəmdədir - Orxan Məmmədov

    27.10.2026 20:25:48

    Avropa çempionatında ölkəmizi 8 cüdoçu təmsil edəcək

    27.10.2026 19:52:39

    Azərbaycan çempionatının püşkü atıldı - Yeni reqlamentdə keçiriləcək

    27.10.2026 19:17:53

    Azərbaycan Kuboku: Daha 2 komanda 1/8 finalda

    27.10.2026 18:53:01

    Həsrət Cəfərov uduzdu, "klassik"lərimiz dünya çempionatını 3 medalla tamamladı - YENİLƏNİB

    27.10.2026 18:39:55

    Azərbaycanlı hakim Dünya Kubokunun əsas referisi olub

    27.10.2026 18:12:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved