Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma..." - Rəşad Sadıqov
    27.10.2026 23:01:38

    Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə” “Səbail”i penaltilər seriasında mübarizdən kənarlaşdırıb: 2:2 (2:3)

    Sportify.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Oyundan əvvəl də bilirdik ki, bizi yüksək liqa səviyyəsində bir qarşılaşma gözləyir. Hətta son çempionat oyunundan öncə də futbolçularıma kubok matçında bizi nələrin gözlədiyini mütəmadi olaraq xatırladırdım.

    Qismətimiz elə gətirdi ki, 1/8 finalda ən güclü rəqiblərdən biri ilə qarşılaşdıq. “Səbail” heyətində yüksək liqa təcrübəsi olan futbolçuların çoxluq təşkil etdiyi, yaxşı formalaşmış komandadır. Gənc və yaxşı məşqçiləri var. Maraqlı futbol oynayırlar.

    Bütün bunlara baxmayaraq, düşünürəm ki, birinci hissədə və ikinci hissənin əvvəlində oyunun taleyini həll etməli idik. Çoxsaylı qol epizodlarından istifadə edə bilmədik. Qol vurmaqla bağlı problemimiz sanki adiləşib və hələ ki bunu həll edə bilmirik.

    Son dəqiqələrdə qol buraxdıq və oyun əlavə vaxta getdi. Maraqlı əlavə vaxt izlədik. Biz qol vurduq, sonra rəqib yenidən son dəqiqələrdə fərqləndi və penaltilər seriyasına keçildi. Hər iki qapıçı penalti zərbələrində yaxşı çıxış etdi.

    Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma başqa çarəmiz yoxdur. İndi çalışıb tez bərpa olmalı və üç gün sonra “Araz”la oyuna hazırlaşmalıyıq.

    Məni məyus edən məqamlardan biri də budur ki, PFL-dən belə halları nəzərə almalarını xahiş edirəm. 1/8 final mərhələsində yüksək səviyyəli rəqiblə qarşılaşırıq. Bundan üç gün əvvəl “Sumqayıt”la, ondan beş gün əvvəl isə səfərdə “Kəpəz”lə oynamışdıq. İndi kubok matçından cəmi üç gün sonra “Araz”la qarşılaşacağıq. Halbuki hamıya məlumdur ki, kubok oyunları 120 dəqiqəyə qədər davam edə bilər.

    Bizdən sonra həmin meydanda başqa komandalar da oynayacaq. Onlar kubokda bizim qədər ciddi sınaqla qarşılaşmayıblar. Bu məqamlar nəzərə alınsa, çox yaxşı olar. Avrokuboklarda iştirak edən komandaların oyun təqvimində müəyyən güzəştlər edilir, uzun səfərlərə çıxan kollektivlər də nəzərə alınır. Nədənsə, bu dövrdə biz çox sıx qrafikə düşmüşük.

    Ən maraqlı qarşılaşmalardan birinin bu olacağı əvvəlcədən bəlli idi. Yaxşı olardı ki, hər iki komandaya daha çox bərpa vaxtı verilərdi.

    Bütün bu problemlərə, heyətlə bağlı çətinliklərə baxmayaraq, komandamızın mübarizəsindən razıyam. Ümid edirəm ki, “Araz”la oyuna qədər bərpa ola biləcəyik. Belə qarşılaşmalar komandaları daha da gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır.

    Futbolda belə hallar tez-tez baş verir. Çoxsaylı qol epizodları yaradırsan, istifadə edə bilmirsən, rəqib isə fürsətlərini dəyərləndirir. Belə məqamlarda ruhdan düşməmək, sona qədər mübarizə aparmaq və mərhələni keçmək çox vacibdir. Sevindirici hal odur ki, futbolçularımız sona qədər xarakter nümayiş etdirdilər və nəticədə mərhələni keçən tərəf biz olduq.

    – “Araz”la oyunda rotasiyaya əl atmağınız mümkündürmü? Heyətlə bağlı imkanlarınızın geniş olmadığını nəzərə alsaq, məcburi dəyişikliklər gözlənilirmi?

    – Rotasiya etməyə adam yoxdur. Özünüz də gördünüz ki, dəyişiklik etmək imkanlarım məhdud idi. Smit gənc və perspektivli futbolçudur. Baxışa gəlmişdi. Smiti də, Krisı də artıq oynadırıq. Başqa çıxış yolumuz yoxdur.

    Rikardo da, Eren də çox qaçdılar. İndi üç gün ərzində onların necə bərpa olunacağını bilmirəm. Üstəlik, süni örtükdə oynayırıq.

    Bilmirəm, məlumatınız var, ya yox, David Volkovun burnu sınıb. Ondan əvvəl İsmayılın da gözünün aşağı hissəsində, göz yuvasındakı sümük sınıb. Belə problemlər davam edir. Bütün bunlara baxmayaraq, mübarizə aparmağa, yarışdan qopmamağa və iddiamızı davam etdirməyə çalışırıq.

    Futbolçular əllərindən gələni edirlər, əzmkarlıq göstərirlər. Ümid edirəm ki, bu çətin dövrü Allahın köməyi ilə uğurla geridə qoyacağıq.

    – İlk hissədə baş verən mübahisəli epizodla bağlı nə deyə bilərsiniz? Orada nə baş vermişdi?

    – Açığı, mən də orada nə baş verdiyini anlamadım. Nə baş verdiyini tuta bilmədim.

    – Penaltilər seriyası zamanı “Səbail”in futbolçularından biri qapıçıya rəqibin zərbəsi ilə bağlı işarə edirdi. Növbəti oyunlarda penalti vuran futbolçuların dəyişdirilməsi mümkündürmü?

    – Bizdə penalti vurmaq əvvəlcə Qismətə həvalə olunmuşdu. İkinci penalti vuran futbolçu isə Ruan idi. Sonradan penalti vuranların sıralamasında dəyişiklik etdik və Ruan vurmağa başladı. Bununla belə, Qismət də mütəmadi olaraq penaltiləri yerinə yetirirdi.

    Bizim iki əsas penalti vuran futbolçumuz var. Onlar istənilən vaxt bir-birini əvəz edə, sığortalaya bilərlər. Mən bu məsələyə qarışmıram. Qərarı özlərinə buraxmışam. Meydanda kimin özünü daha inamlı hiss etməsindən, yaxud hansı futbolçunun daha çox yorulmasından asılı olaraq qərar verirlər.

    Rəqib futbolçuların qapıçıya işarələr etməsinə gəlincə, penaltilər zamanı bizim futbolçularımız da müəyyən işarələr verirdilər. Bu, futbolun bir hissəsidir. Bəlkə, zərbə vuran oyunçunu daha yaxşı tanıyırlar, yaxud ona kənardan nəsə deməklə müəyyən qədər təzyiq göstərməyə çalışırlar.

    Mehdi və Aydının penaltiləri yaxşı dəf etdiklərini bilirdim. Hər ikisini yaxşı tanıyıram. Belə məqamlarda əsas məsələ kimin daha soyuqqanlı və dəqiq olmasıdır. Şükürlər olsun ki, bu dəfə biz daha dəqiq olduq.

    – Mövcud vəziyyəti nəzərə alsaq, qış transfer pəncərəsinədək azad agent statusunda olan futbolçunun qısa müddətə heyətə cəlb edilməsi mümkündürmü?

    – Qış transfer pəncərəsi üçün planlarımız var. Ən azı bir futbolçu transfer etməyi düşünürük. Amma hazırda əlavə transferin həyata keçirilməsi gözlənilmir.

    Özünüz də vəziyyəti görürsünüz. “Kəpəz”lə oyunu başa vurduq, zədələr barədə danışdıq, suallar verildi, müzakirələr apardıq. Sonra evimizə getdik. Səhər məşqə gələndə gördük ki, İsmayıl və Papunaşvili hərəsi bir ay, ay yarım sıradan çıxıb. Halbuki əvvəlki oyunu başa vurmuşdular.

    David Volkov da matçı sona qədər oynadı. Oyundan sonra burnunda ağrı hiss etdiyini dedi. Rentgen müayinəsindən sonra sınıq olduğu məlum oldu.

    Onsuz da problemlər içindəyik, çətinliklərimiz davam edir. Bu barədə çox danışmaq istəmirəm, amma vəziyyəti də gizlətmək mümkün deyil. Eren zədədən qayıtmışdı və onu 120 dəqiqə meydanda saxlamağa məcbur oldum. Çünki meydana buraxmağa başqa hücumçumuz yox idi. Bayer də, David də zədəlidir.

    İndi ümid edirəm ki, futbolçular tez bərpa olunacaqlar və yorğunluğun fəsadlarını növbəti oyunda hiss etməyəcəyik. Amma bu gün də çətinlikləri yaşayırıq.

    – Zədəli qapıçının vəziyyəti necədir? Qışa qədər meydana qayıtması mümkündürmü?

    – Artıq iki gündür məşqlərə qoşulub. Hazırda fərdi məşqlər edir. Ümid edirəm ki, bir həftə, on gün ərzində vəziyyəti yaxşılaşacaq və yəqin ki, millinin oyunlarından sonra tam məşqlərə, ardınca da oyunlara qoşula biləcək.

    Futbol

    "Zirə"də ciddi itkilər

    27.10.2026 23:53:49
    Futbol

    "Mən istefadan heç vaxt qorxmuram" – Elnur Abdullayev

    27.10.2026 23:34:46
    Futbol

    "Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma..." - Rəşad Sadıqov

    27.10.2026 23:01:38
    Futbol

    "İstəyirdim ki, futbolçular daha çox fərqlənsinlər" - Yeton Bekiri

    27.10.2026 22:40:42
    Futbol

    Cəlal Hüseynov darmadağında iştirak etdi

    27.10.2026 22:00:11
    Futbol

    Komitə sədri Cavid Cəlilovun səhvini etiraf etdi - VİDEO

    27.10.2026 21:39:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə"də ciddi itkilər

    27.10.2026 23:53:49

    "Mən istefadan heç vaxt qorxmuram" – Elnur Abdullayev

    27.10.2026 23:34:46

    "Sıx qrafikdə 120 dəqiqə oynamaq istəməzdik, amma..." - Rəşad Sadıqov

    27.10.2026 23:01:38

    "İstəyirdim ki, futbolçular daha çox fərqlənsinlər" - Yeton Bekiri

    27.10.2026 22:40:42

    "Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı

    27.10.2026 22:02:26

    Cəlal Hüseynov darmadağında iştirak etdi

    27.10.2026 22:00:11

    Komitə sədri Cavid Cəlilovun səhvini etiraf etdi - VİDEO

    27.10.2026 21:39:36

    Azərbaycan Kuboku: "Zirə" penaltilərlə 1/8 finalda

    27.10.2026 21:02:20

    Yunan-Roma güləşçilərimiz ikinci oldular

    27.10.2026 20:48:26

    Minifutbolun FIFA-ya üzv olması gündəmdədir - Orxan Məmmədov

    27.10.2026 20:25:48

    Avropa çempionatında ölkəmizi 8 cüdoçu təmsil edəcək

    27.10.2026 19:52:39

    Azərbaycan çempionatının püşkü atıldı - Yeni reqlamentdə keçiriləcək

    27.10.2026 19:17:53

    Azərbaycan Kuboku: Daha 2 komanda 1/8 finalda

    27.10.2026 18:53:01

    Həsrət Cəfərov uduzdu, "klassik"lərimiz dünya çempionatını 3 medalla tamamladı - YENİLƏNİB

    27.10.2026 18:39:55

    Azərbaycanlı hakim Dünya Kubokunun əsas referisi olub

    27.10.2026 18:12:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved