Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Karate
    "Onun Avropa çempionu olacağına hamımız inanırdıq" - Mədinə Sadıqovanın məşqçisi
    26.05.2026 12:55:28

    Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Mədinə Sadıqova Vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda karate yığmamızın üzvlərini qarşılayanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub.

    Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Həmrəyliyi Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir".

    Qadınlar arasında karate üzrə 55 kq çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançı final görüşünün çətin keçdiyini deyib: "Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün əvvəlində hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum".

    Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib: "Mədinə çox intizamlı idmançıdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq".

    Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kq çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.

    Döyüş növləri

    Taekvondoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34
    Taekvondo

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14
    Taekvondo

    Azərbaycan idmançısı Cənubi Koreyada qızıl medal qazandı

    4.09.2026 13:26:12
    Cüdo

    Azərbaycan idmançılarının reytinqi: Lider dəyişmədi

    1.09.2026 17:13:31
    Döyüş növləri

    Fərman Həsənovun UFC-dəki növbəti rəqibi erməniəsilli idmançı olacaq

    1.09.2026 12:15:39
    Döyüş növləri

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibi futbolçusunu icarəyə verdi

    12.09.2026 14:45:14

    "Düzdür, qol vurdum, amma..." - "Neftçi"nin legioneri

    12.09.2026 14:08:23

    Naxçıvan klubunda yeni müqavilə

    12.09.2026 13:41:02

    "Qarabağ"ın afrikalı futbolçusu millimizdə oynamaq istəyir - VİDEO

    12.09.2026 13:10:24

    Avrokubok təmsilçilərimizin oyun proqramı açıqlandı

    12.09.2026 12:37:16

    Yığmamız Türkiyədə 2-ci oldu

    12.09.2026 12:04:53

    Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

    12.09.2026 11:43:33

    Azərbaycan çempionu Gəncə klubuna keçdi

    12.09.2026 11:12:44

    Ayxan Abbasov ölkə xaricində millimizin üzvü ilə görüşdü – FOTO

    12.09.2026 10:40:05

    Premyer Liqa: "Kəpəz" "Qəbələ"ni, "Sumqayıt" "Şamaxı"nı qəbul edir

    12.09.2026 10:07:10

    Şahdağda qar polosu üzrə beynəlxalq yarış keçiriləcək – EKSKLÜZİV

    12.09.2026 09:49:23

    "Sabah"dan asan qələbə, "Zirə" "Qəbələ"yə uduzdu

    11.09.2026 23:48:03

    Nəriman Axundzadə ehtiyatda qaldı, komandası 3 top buraxdı

    11.09.2026 23:14:57

    Cüdoçularımızdan "Böyük Dəbilqə"yə medalsız start

    11.09.2026 22:43:16

    I Liqada tur sülhlə başa çatdı - VİDEO

    11.09.2026 22:13:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved