Noyabrın 21-də Qətərin paytaxtı Dohada keçiriləcək UFC turnirində çıxış edəcək azərbaycanlı döyüşçü Tahir Abdullayev rəsmi çəkidən keçə bilməyib.
Prosport.Az xəbər verir ki, "Tank" ləqəbli idmançı tərəziyə 78 kq çəki ilə çıxıb. O, yarımorta çəki dərəcəsinin limitini təxminən 450 qram aşıb.
Bu səbəbdən azərbaycanlı döyüşçü qonorarının bir hissəsini itirəcək. Buna baxmayaraq, onun avstraliyalı Ceyk Mettyusla qarşılaşması baş tutacaq.
Qeyd edək ki, Mettyusun UFC-də 16 qələbəsi və səkkiz məğlubiyyəti var. Bu il təşkilatla müqavilə imzalayan Abdullayev isə iyunun 27-də Bakıda keçirilən “UFC Fight Night” turnirində braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edərək debüt qələbəsini qazanıb.
