Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.
Prosport.Az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/8 finalda hindistanlı Sinq Moit, 1/4 finalda monqolustanlı Xaulyet Temirbek, yarımfinalda isə taypeyli Siao Sianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
20 yaşlı paralimpiyaçı finalda son Paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, Sabir Zeynalov bu il Almaniyanın Münxen şəhərində keçirilmiş Avropa çempionatının finalında Asaf Yasura uduzmuşdu. Paralimpiyaçımız bu qələbə ilə rəqibindən qisas alıb.
