Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Bu ilin sonunadək 5 federasiyada prezident seçkisi olacaq – HANSILARDIR?
    6.11.2026 13:21:47

    Bu ilin sonunadək olimpiya idman növləri üzrə federasiyalarda seçkilər keçirilməsi nəzərdə tutulur.

    Prosport.Az həmin federasiyaların adlarını təqdim edir:

    Azərbaycan Basketbol Federasiyası – Elm və təhsil naziri olan Emin Əmrullayev 2021-ci ilin 14 dekabrında prezident seçilib. Bu səbəbdən növbəti ay seçkinin keçiriləcəyi gözlənilir. Qeyri-adi hal baş verməsə, Emin Əmrullayev yenidən federasiya prezidenti seçiləcək.

    Azərbaycan Həndbol Federasiyası – Avtomobil Yolları Dövlət Agentliyinin sabiq rəhbəri Saleh Məmmədov 2022-ci ilin 3 fevralında növbəti dəfə prezident seçilib. Hazırda federasiyaya baxmaqdan imtina etdiyindən, ötən mövsümkü çempionatlar yarımçıq qalıb, Mingəçevirin "Kür" klubu istisna olmaqla komandalar, demək olar ki, dağılıb, qurum özü isə fəaliyyət göstərmir.

    Azərbaycan Qış İdman Növləri Federasiyası – Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2022-ci ilin yanvarın 31-də prezident seçilib. Böyük ehtimalla, yenidən prezident seçiləcək.

    Azərbaycan Reqbi Federasiyası – "Azəriqaz"ın Hüquq şöbəsinin rəisi Röyal Süleymanov 2024-cü il martın 12-də prezident seçilsə də, ötən il vəzifəsindən ayrılıb. Hazırda bu vəzifəni “Qarabağ” reqbi klubunun təsisçisi, sabiq idman jurnalisti Eldar Kərimov icra edir. Bu ayın sonunda seçki olacağı gözlənilir.

    Azərbaycan Taekvondo Federasiyası – Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2021-ci ilin dekabrın 30-da növbəti dəfə prezident seçilib. Onun yenidən prezident seçiləcəyi gözlənilir.

    Qeyd edək ki, artıq bu il fevralda Gimnastika Federasiyasında, martda Su İdmanı Növləri Federasiyasında, apreldə Qolf Federasiyası və Boks Federasiyasında, mayda Tennis Federasiyasında, sentyabrda Stolüstü Tennis Federasiyası və Alpinizm Federasiyasında prezident seçkiləri baş tutub. I vitse-prezident Mehriban Əliyeva (Gimnastika Federasiyası), "Azərişıq"ın rəhbəri Vüqar Əhmədov (Su İdmanı Növləri Federasiyası), "ISR Holding"in baş icraçı direktoru Rauf Xəlilov (Qolf Federasiyası), maliyyə naziri Sahil Babayev (Boks Federasiyası) və Baş nazirin müavini Şahin Mustafayev (Stolüstü Tennis Federasiyası) yenidən prezident seçilib. "Efendiler Group"un rəhbəri Ənvər Ənvərli Tennis Federasiyasında Milli Məclisin sabiq spikeri Oqtay Əsədovu, ekologiya və təbii sərvətlər nazirinin müavini Ağakərim Səmədzadə isə Alpinizm Federasiyasında eks nazir Muxtar Babayevi əvəzləyib.

    Döyüş növləri

    Dakar-2026: Taekvondoçumuz finalda uduzub, "gümüş" qazandı - YENİLƏNİB

    11.11.2026 23:20:47
    Taekvondo

    Bu ilin sonunadək 5 federasiyada prezident seçkisi olacaq – HANSILARDIR?

    6.11.2026 13:21:47
    Döyüş növləri

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Döyüş növləri

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08
    Döyüş növləri

    Olimpiya mükafatçımız Parisə reytinq turnirinə yollandı

    8.10.2026 11:07:32
    Taekvondo

    Taekvondoçularımız “Albania Open”də 4 medal qazandılar

    4.10.2026 22:32:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Nazir güləşçilərlə görüşdü

    12.11.2026 13:17:11

    AFFA hakimi təhqir edənləri cəzalandırdı

    12.11.2026 12:44:01

    DÇ-2027: Özbəkistan Azərbaycandan nə öyrənir?

    12.11.2026 12:02:06

    Azərbaycan klubunun baş məşqçisi "Sportinq" üzərində tarixi qələbəni şərh etdi

    12.11.2026 11:42:38

    "Azərbaycan millisinə daha çox qol vura bilərdik" – Almaniyalı baş məşqçi

    12.11.2026 11:10:00

    Toral Bayramovun komandası üçün təhlükə

    12.11.2026 10:46:22

    "Neftçi"nin sabiq futbolçusu Fransada məşqçiliyə başladı

    12.11.2026 10:24:32

    Gəncə təmsilçisi Türkiyə klubunu qəbul edir

    12.11.2026 10:00:21

    Avropa Kuboku: "LANDAU Layns" yenə uduzdu

    12.11.2026 09:30:47

    "Xilasedici" "Sportinq"i, "Ordu" Norveç klubunu məğlub etdi

    12.11.2026 09:00:04

    Yeniyetmələrin Yay Olimpiadası: Azərbaycan 1 pillə gerilədi

    11.11.2026 23:47:50

    Dakar-2026: Taekvondoçumuz finalda uduzub, "gümüş" qazandı - YENİLƏNİB

    11.11.2026 23:20:47

    "Bu gün həm Azərbaycan basketbolu, həm də “Neftçi” üçün qələbə günüdür" - Baş məşqçi

    11.11.2026 22:49:10

    "Neftçi" Avropa Kubokunda ilk qələbəsini qazandı

    11.11.2026 22:39:36

    Azərbaycan şahmatçısı Avropa çempionu oldu

    11.11.2026 22:14:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved