Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi “Bursaspor”un prezidenti və baş məşqçisi cəzalandırıla bilər.
Prosport.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların 1-ci Liqanın 14-cü turunda “Antalyaspor”la keçirilən oyundakı davranışları olub.
Prezident Enes Çelik, baş məşqçi Mustafa Er, həmçinin inzibati menecer Furkan Akın hakimlər və digər oyun rəsmiləri haqqında verdikləri açıqlamalara görə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndəriliblər. Onlar hakim qərarlarının görüşün nəticəsinə birbaşa təsir etdiklərini düşünürlər. Onlara cəza tətbiq edilsə, “Bursaspor” qarşıdakı matçlara baş məşqçisiz çıxmalı olacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda Toral Bayramov avtoqol müəllifi olub.
