"Neftçi"nin sabiq futbolçusu Soni Mustivar məşqçi kimi fəaliyyət göstərir.
Prosport.Az Fransa mətbuatına istinadən xəbər verir ki, “Bastiya”nın yetirməsi bu kluba dönüb.
2023-cü ildə futbolçu karyerasını başa vuran 36 yaşlı mütəxəssis “Bastiya”nın U-17 komandasının köməkçi məşqçisi vəzifəsinə təyin olunub. Bu təyinatla bağlı təəssüratını bildirən keçmiş yarımmüdafiəçi futbolçu vaxtı keçdiyi yoldan da qısaca danışıb. O, ən gözəl illərini 2012-2015-ci illərdə “Petrolul”un heyətində Rumıniyada keçirdiyini söyləyib.
Qeyd edək ki, Haiti millisinin sabiq futbolçusu olmuş Soni Mustivar 2018-2020-ci illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.
