Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    Kəmaləddin Heydərovun iranlı məşqçi sevgisi: Növbəti həftə iclas olacaq – ŞƏRH
    7.06.2023 12:59:39

    Azərbaycan taekvondosunun iflic vəziyyətdə olduğunu 29 may – 4 iyun tarixlərində Bakıda keçirilən dünya çempionatı tam çılpaqlığı ilə bizə göstərdi. Təəssüf ki, bu il boks və cüdoda olduğu kimi, taekvondoda da dünya çempionumuz üzə çıxmadı. Bəli, koreyalıların ağalıq etdiyi taekvondoda dünya çempionu olmaq o qədər də asan məsələ deyil. Məhz bu səbəbdəndir ki, cəmi 3 dünya çempionumuz var. Onlardan da yalnız 1-i Azərbaycan taekvondo məktəbinin öz yetirməsi sayılır. Söhbət hazırda məhz Taekvondo Federasiyasının vitse-prezidenti postunda yer alan Niyaməddin Paşayevdən gedir. Ancaq onun da yer aldığı federasiya indi uçurumun dibindədir...

    Söhbət dünya çempionatının Bakıda keçirilməsindən gedirsə, biz ən pis halda 1 bürünc medal qazanmalı idik. Baş məşqçi Reza Mehmandustun yetirmələri isə Bakıda qonaq idmançılara mehmanlıq edib, dost kimi davrandı. Nəticədə 13 idmançımızın hər biri təpiyi vuran yox, yeyən oldu. İdmançılarımızın 1/4 finaldan o yana gedə bilməməsi taekvondomuzun ağlar gündə olmasının bariz göstəricisidir.

    Əslində daha öncədən qızıl medal olmayacağını taekvondodan başı çıxan hər bir insan yaxşı bilirdi. Adi yarışlarda, hansısa Açıq turnirlərdə qazanılan medalların gözümüzü qamaşdırması qızıl olacağı anlamına gəlməməli idi. Bu səbəbdən elə yarışın 2-ci günündə emosiyamı cilovlaya bilməyərək qızıl medal olmayacağı fikrini sosial şəbəkə hesabımdan bəyan etmişdim. Ancaq 1 bürünc medalın olmaması... Artıq bu, fiaskodan da o yanadır. 2001-ci ildən bəri keçirilən dünya çempionatlarından yalnız Madriddə belə medalsız qalmışdıq. Ancaq onda da bu qədər sayda idmançı ilə təmsil olunmaq imkanı əldə etməmişdik.

    Ümumiyyətlə, bu dünya çempionatının keçirilməsi sanki federasiya rəhbərliyinin nüfuz məsələsi idi. Ancaq nəticələr nüfuza taekvondo təpiyi dəyərcəsinə böyük zərbə vurdu. Biz bu dünya çempionatına heç hazır deyildik. İlk səbəb Niyaməddin Paşayevlərin yetişməməsi, ikinci səbəb idmançıların əcnəbi məşqçilərlə – xüsusən Reza Mehmandustla yola getməməsi, dünya çempionları – Radik İsayev və Milad Beiqi Harçeqaninin yığmadan küsdürülməsi idi.

    Təbii ki, bunda ən böyük günah federasiya prezidenti Kəmaləddin Heydərovun üzərinə düşür. Mehmandust ötən il onunla işləmək istəməyən idmançılara görə istefaya göndərilsə də, 1 ay sonra – İslamiadadan sonra yığmaya geri qaytarıldı. Buna səbəb həmin istefanın Kəmaləddin Heydərovun icazəsi olmadan edilməsi idi. O bununla da kifayətlənməyərək ötən ilin sonunda qadınlardan ibarət millidə də baş məşqçi dəyişikliyi edərək sükanı Park Mi-suna tapşırdı. Hadisələrin gedişatı necə oldu? Radik İsayev və Milad Beiqi yığmadan uzaqlaşdırıldı (yalnız Patimat Abakarova koreyalı məşqçiyə görə Dağıstandan geri qayıtdı – S.M.), ayına 11 min dollar alan iranlı və bir o qədər də maaş alan koreyalı məşqçi isə nəticə verə bilmədi.

    Elədirsə, sual doğur: daha az maaşa onların sələfləri – Məmməd Abdullayev və Səbuhi Zülfüqarov da bu nəticəni verə bilməzdimi? Verərdi, hətta bəlkə ölkəmizə 1 medal da qazandırardı. Ümumiyyətlə, bu federasiyada Kəmələddin Heydərovun qərarları hər zaman qeyri-adi olur. Onda yerli məşqçilərə inam olmadığından, Olimpiadadakı zəif nəticədən sonra istefaya göndərilməli olan Mehmandustun əvəzinə, Elnur Amanov qadın millisindəki postundan uzaqlaşdırıldı. Hələ o zaman bu qərar çox təəccüblə qarşılanmışdı. Bəyəm, qadınlardan Olimpiadada medal gözlənilirdi, kişilərdən yox?! Yəni, eyni məntiqlə Mehmandust da istefaya göndərilməli deyildimi?

    Cüdo Federasiyası özündə cəsarət taparaq dünya çempionatındakı uğursuzluğa görə mətbuat konfransı keçirdi, pis-yaxşı səbəbləri izah etməyə çalışdı. Ancaq nədənsə Taekvondo Federasiyasında fiaskoya görə üzr istəyən kimsə yoxdur. Bizdə olan məlumata görə, federasiya prezidenti qərarını növbəti həftənin əvvəlində edəcək. Ümid edək ki, K.Heydərov iranlı məşqçi sevgisini kənara qoyaraq bu dəfə əvvəlki yanlış qərarını düzəldə biləcək. Əks halda Azərbaycan taekvondosunun gələcəyi heç də yaxşı görünmür.

    Sonda federasiyadakıların nə qədər uçurumun dibində olduqlarını anlaması üçün 2001-ci ildən qızıl medalla başlayan Azərbaycanın iştirak etdiyi dünya çempionatlarının göstəricilərini təqdim edirik: 

    2001 Cecu, Cənubi Koreya – 1 qızıl (Niyaməddin Paşayev) Ümumi medal sıralamasında 6-cı olmuşuq 
    2003 Qarmiş-Partenkirxen, Almaniya – 4 bürünc (Zahid Məmmədov, Niyaməddin Paşayev, Rəşad Əhmədov, Təvəkkül Bayramov) Kişilərdə 5-ci, ümumi medal sıralamasında 16-cı olmuşuq
    2005 Madrid, İspaniya – medal qazanmamışıq
    2007 Pekin, Çin – 1 gümüş (Təvəkkül Bayramov) Kişilərdə 8-ci, ümumi medal sıralamasında 14-cü olmuşuq
    2009 Kopenhagen, Danimarka – 1 bürünc (Rəşad Əhmədov) Kişilərdə 9-cu, ümumi medal sıralamasında 17-ci olmuşuq
    2011 Kyancu, Cənubi Koreya – 1 bürünc (Ramin Əzizov) Ümumi medal sıralamasında 16-cı olmuşuq
    2013 Puebla, Meksika – 2 bürünc (Radik İsayev, Fəridə Əzizova) Kişilərdə 10-cu, ümumi medal sıralamasında 18-ci olmuşuq
    2015 Çelyabinsk, Rusiya – 1 qızıl (Radik İsayev) Kişilərdə 8-ci, ümumi medal sıralamasında 9-cu olmuşuq
    2017 Mucu, Cənubi Koreya – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Məhəmməd Məmmədov) Kişilərdə 4-cü, ümumi medal sıralamasında 7-ci olmuşuq   
    2019 Mançester, İngiltərə – 1 qızıl (Milad Beiqi), 1 bürünc (Fəridə Əzizova) Kişilərdə 5-ci, ümumi medal sıralamasında 7-ci olmuşuq
    2022 Qvadalaxara, Meksika – 1 bürünc (Cavad Ağayev) Ümumi medal sıralamasında 18-ci olmuşuq.

    Səbuhi Musa

    Özəl xəbər

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46
    Digər idman növləri

    Miçoviçin Bakıya gəliş səbəbi bilindi: Dünya çempionu Azərbaycan adından çıxış edə bilər

    2.02.2026 16:32:58
    Özəl xəbər

    Cəfərquliyevi "Sent-Etyen" istəyə bilərmi? Menecer şirkəti fransızlardır – ARAŞDIRMA

    21.01.2026 20:36:01
    Özəl xəbər

    Azərbaycanda keçiriləcək dünya çempionatı bu stadionlarda baş tutacaq – EKSKLÜZİV

    26.12.2025 09:44:45
    Özəl xəbər

    "İmişli" AFFA-dan CAS-a şikayət etdi – EKSKLÜZİV

    23.12.2025 08:57:19
    Cüdo

    Daha bir paracüdoçumuzun gözləri görürmüş – Avropa çempionatına buraxılmayıb

    23.09.2025 09:39:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mirbağır İsayev yeni işinin icrasına başladı - FOTOLAR

    17.03.2026 15:45:35

    AFFA yerli kadrı əcnəbi ilə əvəzləyir

    17.03.2026 15:19:40

    ABF məşqçilərdən imtahan götürdü

    17.03.2026 14:55:51

    Premyer Liqa: XXV turun açılış oyunu bu hakimə tapşırıldı

    17.03.2026 14:11:24

    "Mingəçevir" azarkeşlərinə görə xərcə düşdü

    17.03.2026 13:51:46

    AFFA "Neftçi"ni yenə cərimələdi

    17.03.2026 13:23:25

    "Neftçi" millimizin üzvü ilə anlaşa bilmədi - Yayda gedir

    17.03.2026 12:49:47

    Millimizin sabiq futbolçusu dekabrda keçdiyi komandada qol hesabını açdı - VİDEO

    17.03.2026 12:10:20

    Gəncə stadionununda ilk oyunun keçiriləcəyi vaxt bilindi

    17.03.2026 11:48:23

    Bakı bu il daha bir dünya çempionatına ev sahibliyi edəcək

    17.03.2026 11:11:07

    Əliyar Ağayev "Kristal Pelas"ın oyununa təyinat aldı

    17.03.2026 10:58:40

    Basketbol millimiz Bakıda Ukraynaya qarşı

    17.03.2026 10:02:32

    Ruy Jorjun daha bir köməkçisi əcnəbi olacaq – Sərxan Hacıyev açıqladı

    17.03.2026 09:50:29

    Millimizin futbolçusu oynadı, komandası 10 nəfərlə qələbə qazandı

    17.03.2026 01:02:44

    Almaniya və İspaniya klublarının futbolçuları millimizdə

    16.03.2026 22:37:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved