Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Mən Xəzər dənizinin piratıyam" - Dağıstanlı döyüşçü
    3.06.2026 16:30:00

    "Bakıda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycanda keçiriləcək UFC turnirinin ikinci əsas döyüşündə braziliyalı Miçel Pereyra ilə qarşılaşacaq Şarabutdin Maqomedov deyib.

    “Pirat” ləqəbi ilə tanınan dağıstanlı döyüşçü iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşmaya tam hazır olduğunu bildirib və azarkeşləri turnirə dəvət edib: “Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Ümumiyyətlə, bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam və məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq”.

    İdmançı Bakıda döyüşmək arzusunun əvvəlki illərdən yarandığını da vurğulayıb: “Keçən il UFC turnirinin Bakıda keçiriləcəyi məlum olanda dərhal menecerimlə danışdım və burada döyüşmək istədiyimi bildirdim. Bakı mənə çox yaxındır, ona görə də burada çıxış etmək mənim üçün xüsusi məna daşıyır. Şadam ki, bu dəfə bu imkan reallaşdı”.

    Maqomedov turnirin yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib və azarkeşləri möhtəşəm döyüş gecəsinin gözlədiyini qeyd edib: “Əminəm ki, bu turnir daha yüksək səviyyədə keçəcək. Azərbaycanda artıq bu sahədə böyük təcrübə var. Bakıda döyüşəcək idmançıların əksəriyyəti ayaqüstü döyüşə üstünlük verir. Xüsusilə əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Azarkeşləri əsl şou gözləyir”.

    O, həmçinin döyüş strategiyasına toxunaraq emosiyalara qapılmamağın vacibliyini vurğulayıb: “Azarkeşlərin böyük dəstəyini hiss edəcəyəm. Ona görə də soyuqqanlı olmalı, ehtiyatsız hücumlardan qaçmalı və ağıllı döyüşməliyəm. Eyni zamanda tamaşaçılara da şou göstərmək istəyirəm. Mən hər zaman döyüşü erkən bitirməyə çalışıram. Bu dəfə də məqsədim dəyişmir. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaq üstə qala bilməsin”.

    Azərbaycan döyüşçüləri ilə əlaqələrindən də danışan Maqomedovun sözlərinə görə, onlarla uzun illərdir dostluq əlaqələri mövcuddur: “Mən azərbaycanlı döyüşçülərlə birlikdə məşq etmişəm, Taylandda da tez-tez birgə təlimlər keçmişik. Azərbaycanlı idmançı Əlövsət Məmiyev yaxın dostumdur. İdman bizi birləşdirir və bu əlaqələr mənim üçün çox dəyərlidir”.

    Boks

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Döyüş növləri

    Daha bir paralimpiyaçımız dünya çempionatında medal qazandı

    21.11.2026 12:12:13
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    MMA

    "Tank" ləqəbli idmançımız çəkisini artırsa da, döyüş baş tutacaq

    20.11.2026 12:57:38
    Taekvondo

    Azərbaycan parataekvondoçusu dünya çempionu oldu

    20.11.2026 11:33:25
    Taekvondo

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    19.11.2026 23:14:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved