Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu
    16.10.2026 16:10:49

    FIFA 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının rəsmi brendini təqdim edib.

    Prosport.Az xəbər verir ki, "FIFA U-20 World Cup 2027™" brendi Azərbaycan və Özbəkistanda keçiriləcək turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. “Bu oyun sənlikdir” rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.

    Bu şüar FIFA U-20 dünya çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.

    Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.

    Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, “SƏN” mənasını verən “U” hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki “U20” elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.

    Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.

    FIFA-nın baş katibi Mattias Qrafström bildirib: “FIFA dünya çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir. Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. “Bu oyun sənlikdir” şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir.

    Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahiblərimiz Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara FIFA U-20 dünya çempionatı 2027-də bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik”.

    Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.

    AFFA-nın prezidenti Rövşən Nəcəf bildirib: “FIFA U-20 dünya çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq”.

    Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov bildirib: "FIFA U-20 dünya çempionatı 2027 gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır.

    İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatı 2027 ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq”.

    FIFA U-20 dünya çempionatı 2027 yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holand bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək şansı verəcək.

    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Akademiya

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Futbol

    UEFA Babək Quliyevi "Sabah"ın oyununa göndərir

    12.10.2026 12:53:04
    Akademiya

    "Kağız üzərindəki göstəricilər yox, real futbolçuların ortaya çıxması vacibdir" - Tahir Süleymanov

    12.10.2026 12:02:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved