Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununda hakim-inspektor olacaq.
Babək Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.
Qeyd edək ki, qarşılaşma sabah "Bank Respublika Arena"da, saat 15:00-da start götürəcək.
