Azərbaycanın daha bir boksçusu Monteneqronun Budva şəhərində U-17 Avropa çempionatının qalibi olub.
Prosport.Az xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.
O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.
Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.
20:02
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.
Prosport.Az xəbər verir ki, yığmamızın üzvü Həsrət Məmmədov (46 kq) qitə birinciliyini ikinci pillədə başa vurub.
Finalda Rumıniya təmsilçisi Kristi Kaşu ilə qarşılaşan boksçumuz rəqibinə məğlub olaraq gümüş medala layiq görülüb.
Bununla da Azərbaycan millisinin Avropa çempionatında qazandığı medalların sayı altıya yüksəlib.
Daha əvvəl Cəmilə Muradlı (57 kq) qızıl, Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə bürünc medal qazanıblar.
Beləliklə, millimizin aktivində bir qızıl, iki gümüş və üç bürünc medal var.
Qeyd edək ki, bu gün Azərbaycanın daha iki boksçusu final görüşünə çıxacaq.
17:20
Boks üzrə Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında daha bir medal qazanıb. Komandanın heyətində Səma Abbasova (66 kq) fəxri kürsüyə yüksəlib.
Prosport.az xəbər verir ki, A.Abbasova finalda Ada Eybeyə (Türkiyə) məğlub olaraq gümüş medala yiyələnib.
Bununla da yığmanın medallarının sayı 5-ə yüksəlib. Boksçularımızdan daha öncə Cəmilə Muradlı (57 kq) qızıl, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 3 idmançımız final döyüşünə çıxacaq.
16:27
Azərbaycan idmançısı Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Prosport.Az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan milli komandanın üzvü finalda Aliya İbrahimi (Almaniya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən C. Muradlı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.
Bununla da yığmamızın medallarının sayı 4-ə yüksəlib. Boksçularımızdan daha öncə Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, bu gün daha 4 idmançımız final döyüşünə çıxacaq.
