Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Boks
    Nazirliyin yenicə tanıdığı federasiyaya prezident və vitse-prezidentlər seçildi
    12.10.2026 19:40:01

    Azərbaycan Peşəkar Boks Federasiyanın yeni prezidenti bəlli olub.

    ProsportAz xəbər verir ki, qurumun prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.

    Vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçilib.

    Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.

    “Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

    Əsas prioritetlər sırasında dünyanın nüfuzlu boks təşkilatları və promouterləri ilə əməkdaşlığın genişləndirilməsi, perspektivli idmançıların dəstəklənməsi və onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması xüsusi yer tutur.

    Bununla yanaşı, Azərbaycanda dünya səviyyəli peşəkar boks turnirlərinin təşkili, tanınmış idmançıların iştirakı ilə irimiqyaslı tədbirlərin keçirilməsi və ölkəmizin beynəlxalq boks mərkəzlərindən birinə çevrilməsi hədəflənir.

    Federasiya gənc istedadların üzə çıxarılması, onların peşəkar karyeraya hazırlanması, həmçinin özəl sektor və sponsorlarla əməkdaşlığın qurulması istiqamətində də yeni layihələr həyata keçirməyi planlaşdırır.

    Yeni rəhbərlik federasiyanın fəaliyyətini dayanıqlı əsaslar üzərində qurmaqla Azərbaycan peşəkar boksunun inkişafında yeni mərhələnin başlanmasını və ölkəmizin dünya boks arenasında daha fəal təmsil olunmasını qarşıya əsas hədəf qoyur.

    Qeyd edək ki, Peşəkar Boks Federasiyası sentyabrın 28-də Gənclər və İdman Nazirliyi tərəfindən respublika idman federasiyası tərəfindən akkreditasiya olunub.

    Xatırladaq ki, əvvəllər bu federasiyanın prezidenti Artyom Həsənov olub. Lakin onun vaxtında federasiya nazirlik tərəfindən akkreditə oluna bilməyib. 

    Boks

    Milli Paralimpiya Komitəsindən yeni tanınan federasiyaya gəldi

    14.11.2026 09:07:20
    Boks

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    13.11.2026 14:41:21
    Boks

    Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

    12.11.2026 19:18:34
    Döyüş növləri

    Yeniyetmələrin Yay Olimpiya Oyunlarında tarixi medal

    12.11.2026 16:43:14
    Boks

    Dakar-2026: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları bilindi

    12.11.2026 15:13:42
    Döyüş növləri

    Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarının finalında

    11.11.2026 17:14:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Layiq olduğumuz yerdə deyilik" - Murat Dikmən

    15.11.2026 19:09:22

    Bakı şəhər çempionatı başa çatdı

    15.11.2026 18:18:00

    "Bizi daha çox səfərlər yorur" - Ərhan Tokər

    15.11.2026 17:17:36

    ABL: Gəncə klubu məğlub oldu

    15.11.2026 16:46:23

    Millimiz iki 2 yoldaşlıq oyunu keçirəcək

    15.11.2026 15:20:35

    "Qarabağ"ın yarımmüdafiəçisi millidə debüt etdi

    15.11.2026 14:14:37

    Bakıda beynəlxalq güləş turniri keçirilir

    15.11.2026 13:23:41

    Dakar olimpiyadasında iştirak edən idmançılarımız vətənə döndülər

    15.11.2026 12:12:56

    ABL: "LANDAU Layns" "Gəncə"-yə qarşı

    15.11.2026 11:02:22

    Bu gün 5 cüdoçumuz Zaqrebdə tatamiyə çıxacaq

    15.11.2026 10:08:26

    Gəncə təmsilçisi legioneri ilə vidalaşdı

    14.11.2026 23:58:45

    "Pis oynadıq, çoxlu səhvlərə yol verdik" - "Neftçi"nin baş məşqçisi

    14.11.2026 23:22:34

    "Zidan" Azərbaycan çempionatında 2-ci oldu

    14.11.2026 22:52:32

    "Sabah" "Neftçi"yə ilk məğlubiyyəti yaşatdı

    14.11.2026 22:30:45

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved